Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2345/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs - Hacızadə Mir Azad oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.06.2021-ci il tarixli TP ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacızadə Mir Azad oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Azad oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət X4 tərəfindən qəbul edilmiş 11.06.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Hacızadə Mir Azad oğlu izahatında bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.06.2021-ci il tarixli TP ******* saylı Qərar ilə Azərbaycan Respublikası İXMnin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə istinad edilərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazıdır. Belə ki Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin həmin vaxt mobil telefon əlində olsa da istifadə etməmişdir. Bunu fotoşəkil ilə də sübut edə bilər. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini, barəsində olan “İnzibati tənbeh vermə haqqında” 11.06.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddsəinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İş materiallarında olan Hacızadə Mir Azad oğluna təqdim edilmiş 11.06.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Hacızadə Mir Azad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Hacızadə Mir Azad oğlunun şikayəti təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Hacızadə Mir Azad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Hacızadə Mir Azad oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 11.06.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hacızadə Mir Azad oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.06.2021-ci il tarixli TP ******* saylı Qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2345/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2345/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver