Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2348/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, Şikayət vermiş şəxs - Əliyeva Sevda Məhərrəm qızının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 Məhərrəm qızı tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X12 Məhərrəm qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Əliyeva Sevda Məhərrəm qızı şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, 4 saylı Regional Ekologiya və X10 İdarəsinin MN ******* saylı 18.06.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə AR İXM-nin 253-1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil. Belə ki o, Sumqayıt şəhər 2 saylı MİS-də sahə ustası işləyir.19.05.2021-ci il tarixdə işlədiyi MİS-nin dislokassiyasına aid olan 2-ci məhəllədə yerləşən 5/5a saylı binanın qarşısında olarkən orada bir ağacın quruyaraq yerə doğru əyildiyini görmüş və həmin vaxt qeyd edilən sahəyə gəlmiş MKİS-nin işçiləri Faiq, Sübhan, Səxavət və Hidayət adlı şəxslər ağacın sakinlər və uşaqlar üçün təhlükə yaratdığını, hər an kiminsə üstünə aşa biləcəyi ehtimalının olduğunu ona bildirmişlər. Onlar bu arzuolunmaz hadisənin qarşısını almaq üçün ağacı əyib yerə uzatmaq istəmiş, lakin ağır olduğu üçün onu əyərək qurumuş gövdəsini balta ilə kəsmişlər. O, ərazini gəzib həmin sahəyə gələndə ağacı artıq uşaqlar əymişdilər, bu da onun həyati təhlükə törətməməsi məqsədi ilə edilmişdir və o həmin ağacı kəsmək barədə heç bir göstəriş verməmişdir. Bu hadisədən 2 gün sonra, yəni 20.05.2021ci il tarixdə o, COVİD-19 pandemiyası ilə bağlı həmin ərazidə dezinfeksiya işlərini yoxlayarkən həmin həyətdə yaşayan Rəşad adlı şəxs ona yaxınlaşaraq MİS-nin əməkdaşları tərəfindən doğranmış həmin ağaca anasının paltar asdığını bildirmiş, onu nalayiq sözlərlə təhqir etmiş və demişdir ki, onun barəsində ekologiya idarəsinə şikayət edəcək və onu cərimələtdirəcəkdir. Bundan sonra Rəşad şikayət etmiş və onun barəsində hazırki qərar qəbul olunmuşdur. Onun qeyd etdiyi halları təsdiqləyən şahidlər də vardır. Məhkəmə iclasında çıxış edən şikayətçi Əliyeva Sevda Məhərrəm qızı bir daha məhkəmə iclasında ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək bildirdi ki, o, hər hansı bir ağacı kəsməmişdir, həmin ərazidə MİS-nin işçiləri tərəfindən kəsilərək götürülmüş ağac çürümüş, qurumuş və dövrünü yaşamış bir ağac olmuş və həmin ağac aşdığı üçün insan həyatına real təhlükə yaratmışdır. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Həmin qərarı əsaslı hesab etmir. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X3 izahatında göstərdi ki, Əliyeva Sevda Məhərrəm qızı barəsində 18 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur ona görə ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 5/5 saylı binanın önündə bir ədəd ağacın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan Əliyeva Sevda Məhərrəm qızının göstərişi ilə götürülməsi faktı müəyyən edilmişdir. Odur ki, həmin qərarın qüvvədə saxlanılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən şahid X6 və X8 şikayətçi Əliyeva Sevda Məhərrəm qızının məhkəmə iclas zalında verdiyi izahatını təsdiq edərək bildirdilər ki, onlar ağacın sakinlər və uşaqlar üçün təhlükə yaratdığını, hər an kiminsə üstünə aşa biləcəyi ehtimalının olduğunu sonuncuya bildirmişlər. Onlar bu arzuolunmaz hadisənin qarşısını almaq üçün ağacı əyib yerə uzatmaq istəmiş, lakin ağır olduğu üçün onu əyərək qurumuş gövdəsini balta ilə kəsmişlər. Bu da onun həyati təhlükə törətməməsi məqsədi ilə edilmişdir və Əliyeva Sevda Məhərrəm qızı həmin ağacı kəsmək barədə heç bir göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 hüquq məsləhətçisi X5 izahat verərək bildirdi ki, sözügedən əraziyə gələn zaman ağacın bir qrup könüllülər tərəfindən qurumuş gövdəsinin balta ilə kəsildiyini görmüşdür. Ağac quruduğu üçün və ətraf üçün təhlükə törətməməsi məqsədilə kəsilmişdir. Məhkəmə iclasında çıxış edən şahid X9 da digər şahidlərlə oxşar məzmunlu izahat verərək ağacın quruduğunu, Sevda Əliyevanın da oraya gəldikdə artıq ağacın qırılmış vəziyyətdə olduğu üçün oradan götürülməsini söylədiyini bildirmişdir. İş materiallarında 18 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyeva Sevda Məhərrəm qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsi, şahidləri dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Əliyeva Sevda Məhərrəm qızının qərardan şikayəti təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, Əliyeva Sevda Məhərrəm qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Əliyeva Sevda Məhərrəm qızının şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 11.06.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyeva Sevda Məhərrəm qızının şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Əliyeva Sevda Məhərrəm qızı barəsində qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2348/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2348/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver