Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-235/2021 15.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, İcra sənədi üzrə tələbkar Aslanova Nuranə Maksim qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs oğlunun, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X5, Müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1983-ci Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, mkr-10, ev 45, mənzil 14 ünvanıında qeydiyyatda olan və yaşayan, Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X12 oğlu tərəfindən 15 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 18.02.2020-ci il tarixli, 2(060)-231/20 saylı icra vərəqəsinə əsasən 16.06.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün 09.10.2019-cu il tarixdən başlayaraq hər ay 170(yüz yetmiş) sabit pul məbləğində aliment tutularaq Aslanova Nuranə Maksim qızına verilməsi müəyyən edilmişdir. Lakin üzərindən 01(bir) ildən cox vaxt keçməsinə baxmayaraq Şəxs tərəfindən 2440(iki min dörd yüz qırx) manat aliment borcu ödənilməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 oğlu bildirdiki, , Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 18.02.2020-ci il tarixli, 2(060)-231/20 saylı icra vərəqəsinə əsasən 16.06.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün 09.10.2019-cu il tarixdən başlayaraq hər ay 170(yüz yetmiş) sabit pul məbləğində aliment tutularaq Aslanova Nuranə Maksim qızına verilməsi müəyyən edilmişdir. Lakin üzərindən 01(bir) ildən cox vaxt keçməsinə baxmayaraq Şəxs tərəfindən 2440(iki min dörd yüz qırx) manat aliment borcu ödənilməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Bu səbəbdəndə barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Aslanova Nuranə Maksim qızı izahat verərək bildirdi ki, 16.06.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün 09.10.2019-cu il tarixdən başlayaraq hər ay 170(yüz yetmiş) sabit pul məbləğində aliment tutularaq ona verilməsi müəyyən edilmişdir. Ancaq indiyədək aliment borcundan 1 manat da olsa aliment ödənilməmişdir. Hal-hazırda 2440( iki min dörd yüz qırx)manat aliment borcu var. Şəxs şikayətçidir və barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment sözünü qəbul etmədiyini və buna görə də alimenti ödəmədəyini bildirdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu şəxs Şəxs tərəfindən aliment sözünü qəbul etməməsi onun üzrsüz səbəbdən, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməməsini göstərir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinəəsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini Şəxs oğlunun şəxsiyyətini, icra sənədində göstərilən aliment borcunu heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPMnin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on ) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 yanvar 2021-ci il tarixdən, saat 13:00dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil oğlunun göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə vəya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-235/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-235/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver