Məhkəmə qərarları › İş №3(060)-235/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-235/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-235/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Zərərçəkmiş şəxs – X1, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan Y/M, yataqxana 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən protokol daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs 2-ci PBnə taksi sifariş edərək PB-nə gəlmiş və taksi sürücüsündən 30 manat pul alaraq bölmədən çıxanda qaytaracağını deyərək dələduzluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X4 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən 11 yanvar 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün 2-ci PB-nə göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəxs 2-ci PB-nə taksi sifariş edərək PB-nə gəlmiş və taksi sürücüsündən 30 manat pul alaraq bölmədən çıxanda qaytaracağını deyərək dələduzluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda şəxs bu hadisədən sonra başqa bir taksi sürücüsünü də eyni qaydada aldatmış və həmin vaxt saxlanılmışdır. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşman olduğunu, növbəti günə qədər vaxt verilərsə pulu qaytaracağını bildirdi. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X3 izahatında hadisənin protokolu tərtib etmiş şəxsin izahatında qeyd etdiyi kimi olduğunu bildirdi. Şəxs onun pulunu alaraq bölməyə girmiş, sonra çıxıb getmişdir. Ona dəymiş zərər ödənilməyib. Şikayətçidir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil işin hallarını nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğurluq hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün 2-ci PB-nə göndərilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 14:00-da azad edilmişdir. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, zərərin ödənilməsi ilə əlaqədar barəsində inzibati protokol tərtib edilmiş şəxsin vaxt verilməsinə dair xahişi ilə bağlı qeyd edir ki, hadisə 03 yanvar 2023-cü il tarixdə baş vermiş, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq zərər ödənilmədiyindən hazırda məhkəmədən vaxt istənilməsi inzibati məsuliyyətdən yayınmaq məqsədini güdür. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X5rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Hər hansı şəxsin əlinin qandallanmaması, həbsxana hücrəsinə salınmaması və ya başqa üsulla fiziki baxımdan məhdudlaşdırılmaması faktı azadlıqdan məhrum edilmə halının olub-olmadığının müəyyən edilməsi üçün həlledici amil deyil (M.A. Kiprə qarşı). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından göründüyü kimi Şəxs 23 yanvar 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 24 yanvar 2023-cü il tarixdə azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar