Məhkəmə qərarları › İş №3(060)-2350/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2350/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2350/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarı ilə xx.xx.1958-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə təqsirli bilinərək, 2000,00 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarı ilə razılaşmayan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarının inzibati xəta olmaması səbəbindən ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli, 3(060)- 2350/2022 saylı qərardadı və Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 29 sentyabr 2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına işin hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən tərtib olunmuş 09 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs araşdırma ilə bağlı olaraq dəvət edilməmiş,onun iştirakı təmin edilməyərək izahatı alınmamışdır. Həmin qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları ərazisində Zərərçəkmiş şəxs məxsus bağ evində tikintisi aparılan hasar Elçin və onun oğlu Teymur tərəfindən uçurulmuş, həmçinin bağda olan su qabı və bel aparılmışdır. Şəxs hasarın uçurulması nəticəsində ona 2000 manat maddi ziyan vurmuşdur. Cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibini yaratdığından onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Sumqayıt ŞPİnin 1-ci PB-nə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsin xx.xx.2022-ci il tarixli qərarında işin müəyyən olunmuş hallarına düzgün hüquqi qiymət verilmədən iş üzrə qərar qəbul edilmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən zərərçəkmiş şəxs düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172D ünvanında yerləşən torpaq sahəsi Zərərçəkmiş şəxs deyil, X5 məxsusdur. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Z.Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, hasarı uçurulmuş torpaq sahəsinin mülkiyyətçisi düzgün müəyyən edilmədən və bu hal araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokolla bağlı mülahizələri dinlənilməmiş və protokol onun tərəfindən imzalanmamış, yaxud əgər imzalamaqdan imtina edilibsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Şikayət üzrə həm təhqiqat mərhələsində, həm inzibati protokol tərtib edilərkən Şəxs iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində fərdi yaşayış evi vardır və evin ətrafı hasarla əhatə olunmuşdur. Şəxs və oğlu Teymur Muradov onun qohumlarıdır. Onların arasında mülk mübahisəsi vardır. xx.xx.2022ci il tarixdə o evdə olarkən Şəxs və oğlu Teymur Muradov gələrək onun evinin hasarını sökmüşlər və o da polisə müraciət etmişdir. Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili (o eyni zamanda X4 nümayəndəsidir) X3 işin icraata götürülməsi barədə qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs bildirdi ki, onun barəsində tərtib edilmiş protokol qanunsuzdur. Protokol tərtib edilərkən təhriflərə yol verilmişdir. Zərərçəkmiş şəxs ilə arasında yaxın qohumluq münasibəti yoxdur. Bundan başqa onlar arasında hər hansı mülki mübahisə olmamışdır. Bu məsələlər araşdırılmadan o inzibati qaydada cərimə olunmuşdur. Buna görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə materialın baxılmağa hazırlanması ilə bağlı işin halları öyrənilmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarında göstərilənlərlə bağlı iş materiallarını araşdırıb müəyyən etdi ki, inzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmişdir, protokolda zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs göstərilsə də, iş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2172D ünvanında yerləşən torpaq sahəsi X1 və ona məxsusdur, protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Daxil olmuş material natamamdır, bu natamamlığın məhkəmədə işə baxılarkən tamamlanması və göstərilən halların araşdırılması bu materiala baxılması hüdudlarında mümkün deyildir. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 27 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar