Məhkəmə qərarları › İş №3(060)-2352/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2352/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2352/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X31, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X40 tərəfindən 14 sentyabr 2022ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-181/2015 saylı 25 may 2015-ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X40 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-181/2015 saylı 25 may 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 11.500 manat məbləğində pul X20, Şəxs 8.000 manat məbləğində pul X21, X9 və Şəxs 15.000 manat məbləğində pul X14, X9 və Şəxs 20.000 manat məbləğində pul X6, X9 və Şəxs 20.000 manat məbləğində pul X15, X9 və Şəxs 20.000 manat məbləğində pul X22, Şəxs 36.000 manat məbləğində pul X1, Şəxs və X9 10.000 manat məbləğində pul X32, Şəxs və X7 12.200 manat məbləğində pul X10, Şəxs və X7 12.200 manat məbləğində pul X23, Şəxs və X3 14.000 manat məbləğində pul X36, Şəxs və X8 12.000 manat məbləğində pul X16, X3 və Şəxs 17.000 manat məbləğində pul X24, X9 və Şəxs 25.000 manat məbləğində pul X25, Şəxs 2.000 manat məbləğində pul Sona Hüseynovanın, X3 və Şəxs 14.000 manat məbləğində pul X37, X3 və Şəxs 22.000 manat məbləğində pul X4, X3 və Şəxs 10.000 manat məbləğində pul X33, Şəxs 4.000 manat məbləğində pul Maral Əmrahovanın, X8 və Şəxs 24.000 manat məbləğində pul X17, Şəxs 13.500 manat məbləğində pul Firuzə Rüstəmovanın, X9 və Şəxs 25.000 manat məbləğində pul X2, X8 və Şəxs 15.500 manat məbləğində pul X18, X9 və Şəxs 15.500 manat məbləğində pul X19, X8 və Şəxs 15.000 manat məbləğində pul X26, Şəxs 18.000 manat məbləğində pul X27, X8 və Şəxs 12.000 manat məbləğində pul X28, X9 və Şəxs 17.000 manat məbləğində pul X11, Şəxs 11.000 manat məbləğində pul X29 və Şəxs 6.000 manat məbləğində pul X12 xeyrinə tutulmalıdır. Borclu iş yerindən arayış təqdim etmiş, icra sənədi üzrə borcu onun əmək haqqından tutulmuşdur. Hal-hazırda bu günədək 3000-4000 manat pul əmək haqqından tutulmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-181/2015 saylı 25 may 2015-ci il tarixli icra sənədinə əsasən ondan 11.500 manat məbləğində pul X20, Şəxs 8.000 manat məbləğində pul X21, X9 və Şəxs 15.000 manat məbləğində pul X14, X9 və Şəxs 20.000 manat məbləğində pul X6, X9 və Şəxs 20.000 manat məbləğində pul X15, X9 və Şəxs 20.000 manat məbləğində pul X22, Şəxs 36.000 manat məbləğində pul X1, Şəxs və X9 10.000 manat məbləğində pul X32, Şəxs və X7 12.200 manat məbləğində pul X10, Şəxs və X7 12.200 manat məbləğində pul X23, Şəxs və X3 14.000 manat məbləğində pul X36, Şəxs və X8 12.000 manat məbləğində pul X16, X3 və Şəxs 17.000 manat məbləğində pul X24, X9 və Şəxs 25.000 manat məbləğində pul X25, Şəxs 2.000 manat məbləğində pul Sona Hüseynovanın, X3 və Şəxs 14.000 manat məbləğində pul X37, X3 və Şəxs 22.000 manat məbləğində pul X4, X3 və Şəxs 10.000 manat məbləğində pul X33, Şəxs 4.000 manat məbləğində pul Maral Əmrahovanın, X8 və Şəxs 24.000 manat məbləğində pul X17, Şəxs 13.500 manat məbləğində pul Firuzə Rüstəmovanın, X9 və Şəxs 25.000 manat məbləğində pul X2, X8 və Şəxs 15.500 manat məbləğində pul X18, X9 və Şəxs 15.500 manat məbləğində pul X19, X8 və Şəxs 15.000 manat məbləğində pul X26, Şəxs 18.000 manat məbləğində pul X27, X8 və Şəxs 12.000 manat məbləğində pul X28, X9 və Şəxs 17.000 manat məbləğində pul X11, Şəxs 11.000 manat məbləğində pul X29 və Şəxs 6.000 manat məbləğində pul X12 xeyrinə tutulmalıdır. O, icra sənədi üzrə tutmanın onun əmək haqqına yönəldilməsinə etiraz etmir və əmək haqqı alması barədə arıyışı da icra məmuruna təqdim etmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materialında olan icra sənədi üzrə tələbkarın təqdim etdiyi ərizədən görünür ki, borclu barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədində göstərilən tələbi üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar