Məhkəmə qərarları › İş №3(060)-2353/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2353/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2353/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X1 rayonu, Stansiya Sumqayıt adlanan ərazidə xx.xx.2022-ci il tarixdə **-EA-*** dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobili ilə qanunsuz olaraq qarışıq süxur daşıması olmuşdur. Həmin qərardan narazı qalan X5 şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 4 X9 və Təbbi Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN №1288419 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və həmin qərarın əsasında yazılmış 600 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, o ona istinaq edilən inzibati xətanı törətməmişdir. İXM-nin 228-ci maddəsinin tələbini pozmamışdır. Barəsində qəbul olunmuş qərar əsassızdır. Məhkəmə iclasında o sübutlarını məhkəməyə təqdim edəcəkdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. O kamaz şoferidir, yük daşımaqla məşğuldur və ailəsini bununla dolandırır. xx.xx.2022-ci il tarixdə Allahverdiyev Aydın onu yük daşımaq üçün şəxsi fermaya çağırmışdır. O Aydının çağırışı ilə oraya getmiş və o bildirmişdir ki, gölün ətrafında olan qraberi kamaza yükləyib 350-500 metr aralıya boşaltmaq lazımdır. Həmin yerdə həmin şəxsin gətirdiyi traktor var idi. Həmin traktorla qraberi ona məxsus kamaza yükləmişlər. Bundan sonra o maşını azacıq sürmüşdür ki, maşını tanımadığı şəxslər saxlamışlar. İlk onlar ondan yolu soruşmuşlar. Sonra isə maşının şəklini çəkmişlər. O onların kimliyini soruşduqda onlar ilk olaraq özlərini təqdim etməmişlər. Daha sonra isə bildirmişlər ki, ekologiyanın işçiləridir. Onlar bildirmişlər ki, o qanunun tələbini pozmuşdur. O bildirmişdir ki, o heç bir qanun pozmamışdır. Kamaza qrabeli yükləyiblər və o sadəcə daşıyır və zəhmət haqqını alır. Lakin onlar buna məhlə qoymamışlar. Bir gün sonra onlar onu çağırmışlar və ondan izahat almışlar və bildirmişlər ki, sənlik bir şey yoxdur. Yerin sahibini cərimə edəcəklər. Daha sonra onun ünvanına protokol və qərar gəlmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onu cərimə ediblər. Hesab edir ki, bu qanunsuzdur. Ona görə də qərar ləğv olunmalıdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, o sürücüdür, 20 manat müqabilində yük daçımışdır, həmin yerin sahibi ona cərimənin ödənilməsində köməklik etmir, həmin şəxsə protokol yazılmamışdır, halbuki günah onundur. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokola və onun əsasında qəbul edilmiş qərara uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin 74888 saylı 15 avqust 2022-ci il tarixli aktından görünür ki, idarənin 01 avqust 2022-ci il tarixli 66 saylı sərəncamı əsasında “Ətraf mühitin mühafizəsi haqqında” qanunun tələblərinə riayət olunmasını araşdırmaq məqsədilə xidməti ərazidə monitorinqlər keçirilmişdir. Monitorinq zamanı Sumqayıt stansiyası adlanan ərazidə məcburi köçkünlər üçün inşa olunmuş yaşayış binalarının arxa hissəsindəki kiçik ölçülü gölməçənin kənarında bir ədəd traktor və 2 ədəd kamaz özüboşaldan yük maşınları vasitəsilə qarışıq süxur daşınması faktı müəyyən olunmuşdur. Araşdırma müddətində traktor və yük maşınlarının sürücüləri onlara hər hansı bir sənəd təqdim etmədən ərazidən uzaqlaşmışlar. Ərazi və maşınların fotoşəkilləri çəkilmişdir. Fotoşəkillərə baxış zamanı yük maşınlarının birinin üzərində olan mobil telefon nömrəsinə zəng edərək sürücülərin 4 saylı Regional Ekoloiya və Təbii Sərvətlər İdarəsinə gəlmələrini xahiş etsələr də, onlar kənarda olduqlarını əsas gətirərək bir neçə gündən sonra qayıdacaqlarını bildirmişlər. 09 avqust 2022-ci il tarixdə sürücülər idarəyə gələrək izahat yazıb bu işin qanunsuz olduğunu bilmədiklərini və cəmi 3 maşın qarışıq süxur daşıdıqlarını qeyd etmişlər. X8 maşınında kərpic qırıntısını daşıdığını qeyd etsə də, maşınlara ilkin baxış zamanı hər iki maşında qarışıq süxur daşınması faktı müəyyən edilmişdir. Çəkilmiş fotoşəkillərdə də bunu aydın görmək mümkündür. Aparılan araşdırma müddətində 50EA593 dövlət nömrə nişanlı Kamaz 5111 markalı maşının sürücüsünün X5, 50DN047 dövlət nörə nişanlı maşının sürücüsünün isə X10 olması müəyyən edilmişdir. Qarışıq süxur daşınan əraziyə baxış zamanı dərinliyi 1 metr olmaqla 3x6 metr ölçüdə qarışıq süxurun daşındığı aşkarlanmışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsində işə baxılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, X3 şikayəti əsassız olduğundan rədd edilməlidir. X1 rayonu, Stansiya Sumqayıt adlanan ərazidə xx.xx.2022-ci il tarixdə **-EA-*** dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobili ilə qanunsuz olaraq qarışıq süxur daşımışdır. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilməsin. Fiziki şəxs X2 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar