Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2354/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Camalov Kamran Elşən oğlunun iştirakı ilə, Vəzifəli şəxs Camalov Kamran Elşən oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs Camalov Kamran Elşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb Camalov Kamran Elşən oğlu Sumqayıt-Novxanı yolunun sol kənarı, Xəzər dənizi sahilində yerləşən “Su səsi” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğu quraşdırmamışdır. Həmin qərardan narazı qalan Camalov Kamran Elşən oğlu şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 4 X2 və Təbbi Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN №1288234 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və həmin qərarın əsasında yazılmış 2000 manat məbləğində cərimənin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Camalov Kamran Elşən oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. Camalov Kamran Elşən oğlu şikayəti onunla əsaslandırmışdır ki, o barəsində tərtib olunmuş qərarla razılaşmır. Qərarda qeyd edilmişdir ki, “Su səsi” X1 tüstü bacasından atmosfer havasına taılan zərəli maddələrin zərərsizlədirilməsi üçün təmizləyici qurğu quraşdırılmamışdır. Burada atmosfer havasına hər hansı bir zərərli maddə buraxılmır, otelçilik fəaliyyəti ilə məşğul olur. Lakin tələbkar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X2 və Təbii Sərvətlər İdarəsi təmizləyici qurğunun quraşdırılmaması səbəbindən atmosfer havasına zəhərli maddələrin atılma miqdarını tərtib edilmiş aktda qeyd etməmişdir. “Su səsi” ailəvi istirahət mərkəzi otel kimi fəaliyyət göstərir. xx.xx.2022-ci ildə tərtib edilmiş 74370 saylı aktda qurğunun quraşdırılmaması qeyd edillsə də, zərərli maddənin miqdarı göstərilməyib. Bildiriş və tapşırıq xx.xx.2022-ci il tarixdə yazılsa da, həftə sonu onlara təhvil verilmişdir. Yalnız akt və cərimə xx.xx.2022-ci ildə tərtib edilmişdir. Buradan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X2 və Təbii Sərvətlər İdarəsi “Su səsi” ailəvi istirahət mərkəzinə qarşı qərəzli münasibət bildirmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Camalov Kamran Elşən oğlu şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, obyekti icarə əsasında otel kimi işlədir, orada kabab bişirilmir, müştəriyə yemək verilmir, yalnız çay verilir. Məhkəmə Camalov Kamran Elşən oğlunun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin 74370 saylı 13 iyul 2022-ci il tarixli aktından görünür ki, idarənin 01 iyul 2022-ci il tarixli 5 saylı sərəncamı əsasında DİN-nin BİTİ-nin baş inspektoru, polis polkovniki Ələkbər Tağıyevin iştirakı ilə Sumqayıt şəhəri, Sahil küçəsi, Xəzər dənizi sahili zonada fəaliyyət göstərən “Su səsi” ailəvi istirahət mərkəzində “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” qanunların və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq monitorinq-araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, “Su səsi” AİM-ni Camalov Kamran Elşən oğlu (VÖEN: **********) 29 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Monitorinq aparılan müddətdə məişət tullantılarının daşınması üçün müqavilənin olduğu bildirilsə də, təqdim olunmamışdır. Formalaşan çirkab suları mərkəzi kanalizasiya şəbəkəsinə axıdılır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Su səsi” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılmamışdır. Bununla da “Su səsi” AİM-nin icarəçisi Camalov Kamran Elşən oğlu tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 41-ci maddəsinin, “Atmosfer havasının mühafizəsi haqqında” qanunun 14, 27, 28-ci maddələrinin tələbləri pozulmuşdur, onun tərəfindən inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abbasquliyeva Sevinc Arif qızı Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfi, yeni qaydalarla AZ5021, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,9 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəni Camalov Kamran Elşən oğluna icarəyə vermişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Camalov Kamran Elşən oğluna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsində işə baxılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Camalov Kamran Elşən oğlunun şikayəti əsassız olduğundan rədd edilməlidir. Camalov Kamran Elşən oğlu (VÖEN: **********) Sumqayıt-Novxanı yolunun sol kənarı, Xəzər dənizi sahilində yerləşən “Su səsi” AİM-nin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğu quraşdırmamışdır. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Camalov Kamran Elşən oğluna inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs Camalov Kamran Elşən oğlunın şikayəti təmin edilməsin. Vəzifəli şəxs şəxs Camalov Kamran Elşən oğlunun (VÖEN: **********) Azərbaycan Respublikasının İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2354/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2354/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver