Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2356/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 22 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X9 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 22 iyun 2021-ci il tarixli MN № ******* saylı qərarın və 22 iyun 2021-ci il tarixli MN № ******* saylı qərarın çıxarılmasına səbəb olmuş 11 iyun 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. X9 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 22 iyun 2021-ci il tarixli MN № ******* saylı qərarına əsasən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Samur - Abşeron kanalının ətrafındakı ərazidə 11.03.2021-ci il tarixdə 4 ədəd yulğun kolunun qanunsuz olaraq məhv edilməsinə görə İXM-nin 253.2-ci maddəsinə əsasən o, fiziki şəxs qismində 2000 (iki min) manat cərimə edilmişdir. O, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Samur - Abşeron kanalının ətrafındakı ərazidə heç bir yulğun kolunu məhv etməmişdir. Yulğun kolunun ona heç bir maneçiliyi olmamış və onun yulğun koluna heç bir ehtiyacı yoxdur. 5-ci polis bölməsinin əməkdaşları araşdırma apararkən izahatında o, yulğun kollarını məhv etmədiyini bildirmidir. Bundan başqa 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı idarəyə dəvət olunmuş və orada da heç bir yulğun kolunu məhv etmədiyini bildirmişdir. Lakin nədənsə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib olunmamış, protokolda isə izahat yerimdə “imtina etdi” qeyd edilmişdir. Həmçinin yulğun kolunun məhv olunması 11 mart 2021-ci il tarixdə müəyyən edilmiş, 21.03.2021-ci il tarixdə təhqiqatçının qərarı qəbul edilmiş, inzibati xəta aşkar olunduğu vaxtdan üç ay sonra protokol tərtib edilmiş, həmin protokol əsasında qanunsuz qərar qəbul edilmişdir. O qanunsuz olaraq 2000 manat cərimə olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 12.07.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 22 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmədə şikayət vermiş şəxs X9 şikayətini müdafiə edərək şikayətinə uyğun izahat verib qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək, göstərdi ki, polis bölməsinin müraciəti əsasında qeyd olunan ərazidə dəymiş ziyanı müəyyənləşdirilmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə torpaq kürümə işləri zamanı köküstü yaş halda 4 ədəd diametri 4 sm-dək yulğun kolunun məhv olunduğu müəyyən edilmişdir. Hadisə ilə bağlı sorğu verilmiş sorğuya cavab olaraq hadisə zamanı təbiətə 960,00 manat dəyərində ziyan dəydiyi bildirilmişdir. Nümayəndə baxış keçirilməsi aktını və dəymiş ziyanın hesablanma cədvəlin məhkəməyə təqdim edərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan 16 mart 2021-ci il tarixli 69555 №-li aktdan görünür ki, idarənin 12.03.2021-ci il tarixli 29 saylı sərəncamına əsasən və idarəyə Sumqayıt şəhər polis idarəsi 5-ci PB tərəfindən daxil olmuş 15.03.2021-ci il tarixli 175 saylı müraciət (yaşıllığa dəymiş ziyanla bağlı) tərəflərindən yerində araşdırılmış, araşdırma zamanı sözü gedən əraziyə 5-ci PB-nin əməkdaşı təhqiqatçı polis kapitanı Pərviz Babayevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı ərazidə 4 ədəd diametrləri 4 sm-dək yulğun kollarının sındırılması, zədələnməsi, məhf edilməsi müəyyən edilmişdir. İş materialında olan Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 HK-1/236 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X5 əməlində İXM-nin 253-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməsi qərara alınmışdır. İş materialında olan 16 mart 2021-ci il tarixli 69555 nömrəli akt əsasında təbiətə dəymiş əlavə ziyanın hesablanması cədvəlindən görünür ki, hadisə zamanı təbiətə 960,00 manat dəyərində ziyan dəymişdir. Hesablama Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən aparılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 22 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X6 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 22 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X12 oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 22 iyun 2021-ci inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2356/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2356/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver