Məhkəmə qərarları › İş №3(060)-2357/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2357/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2357/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X7, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X8 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 21 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X8 şikayətində göstərmişdir ki, o, Azərbaycan qanunları əsasında VÖEN: **********la fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən onun adına MN ******* saylı, 23.02.2021-ci il tarixli protokol tərtib edilmişdir. Həmçinin həmin protokol əsasında 21.06.2021-cü il tarixli, MN ******* № li qərar qəbul edilmişdir. Həmin qərarla o, İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. O, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” marketin direktorudur. 23.02.2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları guya marektin arxasımda məişət tullantısının müəyyən olunmayan yerə atıldığını qeyd etmişlər. Onun tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidmət ilə SMQ-0211 № li, 21.02.2021-ci il tarixli müqaviləsi vardır. Həmin müqaviləyə əsasən, o, sifarişçi, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti isə Podratçı adlandırılıb. Müqavilənin 3.1.1 maddəsi ilə razılaşdırılmış qrafik çərçivəsində müqavilədə qeyd olunan şərtlərlə tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi xidmətlərini göstərmək nəzərdə tutulmuşdur. Buradan aydın olunur ki, cavabdeh təşkilat tərəfindən marketə baxış keçirilərkən belə onların artıq müqavilələri mövcud idi. Həmçinin bundan əlavə olaraq “Səda Store” marketin Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB "xxxx" MMC ilə də 01.03.2021-ci il tarixli D/084 № li müqaviilələri mövcuddur və həmin təşkilatlar zibil tullattılarını səhər tezdən yığırlar. Həmçinin mübahisəli qərarda AR İXM-nin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində cərimə etmişdir. Halbuki o, fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən marketə 23.02.2021-ci il tarixdə baxış keçirilərək protokol tərtib edilsə də, qərar 3 ay sonra 21.06.2021-ci i tarixdə çıxarılmışdır. Buradan aydın görünür ki, edilən cərimə əsasız və qanunsuzdur. Onun prokolla bağlı bütün hüquqi sənədləri qaydasında olsa da, qanunazidd şəkildə cərimə olunmuşdur. Belə ki, qərarda qeyd edilən hallar da cavabdeh təşkilat tərəfindən sübuta yetirilməmişdir. Ona görə də cavabdeh təşkilat tərəfindən qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. O, hesab edir ki, həmin qərar ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Şikayətə baxılması 22 iyul 2021-ci il tarixə təyin olunmuş, həmin iclasda şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X11 şikayət ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 isə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətçinin nümayəndəsi və vəkilinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Tural Kazımov tərəfindən 23.02.2021-ci il tarixdə saat 13:00-radələrində 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” marketin arxasında məişət tullantısı müəyyən olunmayan yerə atılmasına görə X8 barəsində 23 fevral 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Toplanmış sənədlər əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən 21 iyun 2021-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə qərarı qəbul edilmişdir. Həmin qərarla X8 İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 01 mart 2021-ci il tarixli, D/084 saylı müqavilədən görünür ki, 01 mart 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X5 Birliyi "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti haqqında 21 fevral 2021-ci il tarixli SMQ-0211 saylı müqavilədən görünür ki, podratçı “X18 Az-F” MMC ilə sifarişçi fərdi sahibkar X8 arasında müqavilə bağlamışdır. İş materiallarında olan X14 X9 görünür ki, X8 ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsində fiziki şəxs kimi qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa aid səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə başlanılmış hesab edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxılması halında sözü gedən protokol Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsini sahə rəisi, polis kapitanı Tural Kazımov tərəfindən tərtib olumuşdur. Məhkəmə onu da qeyd edir ki, İXM-nin 100.4-cü maddəsində də qeyd olunmuşdur ki, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsini sahə rəisi, polis kapitanı Tural Kazımov tərəfindən X8 barəsində 23 fevral 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş, lakin protokol tərtib edilərkən X6 iştirakı təmin edilməmiş, bundan başqa protokolda barəsində inzibati xəta haqında iş üzrə icraat aparıalan şəxsin imzası qeyd olunmamış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və İXM-nin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və İXM-nin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar