Məhkəmə qərarları › İş №3(060)-2357/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2357/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2357/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.1.3-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №li protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC-də 26-xx.xx.2023-cü il tarixlərində yoxlama zamanı müəyyən olundu ki, RT baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbulu həyata keçirilir və bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 39 №li Qərarn 3.6-cı bəndinin tələbi pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 457-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, PK-23/214 №li Aktına əsasən müəyyən olundu ki, Şəxs MMC tərəfindən RT baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbulu həyata keçirilir və bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 39 №li Qərarın 3.6-cı bəndinin tələbi pozulmuşdur. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 457-1.1.3-cü maddəsində qeyd edilən inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.1.3-cü maddəsinə əsasən radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.1.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, İnşaatçılar küçəsində qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457- 1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə tutularaq X2 (Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************) hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar