Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2361/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Bakı Şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində DYP əməkdaşı tərəfindən onun idarə etdiyi Mercedes Benz” S350 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı protokola və protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7484224 saylı qərardan əsasən guya avtomobilin ban şüşələrinə normativdən artıq üzlük çəkildiyi müəyyən edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur və 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edir ki, AZS 122-2023-cü il standarta və “Yol hərəkəti haqqında” Qanuna əsasən: ön küləyə qarşı şüşə (ön bamper şüşəsi) - işıq buraxma ən azı 75% olmalıdır; ön yan şüşələr - işıq buraxma ən azı 70% olmalıdır. Əgər bu faizdən aşağı nəticə çıxarsa, bu artıq inzibati xəta tərkibi yaradır (İXM-in 342-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur). Bu halda, DYP əməkdaşı ölçmənin nəticəsini inzibati protokolda qeyd etməlidir. Ölçmənin hansı cihazla aparıldığı, cihazın seriya nömrəsi və göstəricisi protokola əlavə olunmalıdır. Əks halda sürücü ölçmənin obyektivliyini şübhə altına almaq və şikayət etmək hüququna malikdir. Lakin, həmin vaxt DYP əməkdaşı tərəfindən heç bir ölçmə işi aparılmadan, yalnız vizual baxmaqla barəsində inzibati cərimə tətbiq etmiş, bununla bağlı etirazını bildirməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Bunları əks etdirən videogörüntünü şikayət ərizəsinə əlavə etmişəm. Halbuki, DYP əməkdaşı yalnız standartlara uyğunlaşdırılmış və kalibrlənmiş işıqburaxma ölçən cihaz (luminometr və ya fotometr tipli cihaz) istifadə edə bilər. Avadanlığın ölçmə dəqiqliyi və sertifikatı olmalıdır (AZS və ya beynəlxalq standart əsasında təsdiqlənmiş). Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.2.4-ci maddəsi bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı ləğv etməyi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət verən şəxs və Bakı Şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinin YPX əməkdaşı onu saxlamış və ona normativdən artıq avtomobilinin ön şüşəsinə üzlük çəkildiyini bildirmişdir. O isə YPX əməkdaşına ön şüşəsinin faiz dərəcəsini xüsusi cihazla ölçməyi tələb etmiş, lakin heç bir ölçmə aparılmamışdır. YPX əməkdaşı onun avtomobilinin ön şüşəsinin şəffaf cızıq əleyhinə üzlüyünü cırmış, beləliklə, onun əmlakına zərər vurmuşdur. O, YPX əməkdaşına bildirmişdir ki, avtomobilin ön şüşəsindəki üzlük original, standartlara uyğun, cızıq əleyhinə şəffaf üzlükdür. Həmçinin, bildirmişdir ki, avtomobilin yan şüşələrində olan üzlük isə qanuna uyğun olaraq 75 faiz işıq buraxır. Onu xeyli müddət yolda saxlamış, buna görə DİN-in 102 Xidmətinə müraciət etmişdir. Həmin Xidmətə müraciət etdiyi üçün YPX əməkdaşı ona hədə-qorxu gələrək şikayətini geri çəkməyi tələb etmiş və ona aqressiya göstərmişdir. Bu zaman o, avtomobilinin videokamerasını işlək vəziyyətə salmış və bunu həmin əməkdaşa da bildirmişdir. Polis əməkdaşı avtomobilin ön şüşəsini fotometrlə ölçməli olduğu halda ölçməmiş və ondan heç bir sənəd, o cümlədən sürücülük vəsiqəsini tələb etməmişdir. Qeyd edir ki, tərtib olunan protokol qanunsuzdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı ilə X2 İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli vəsatəti ilə şikayətinə qeydiyyatda olduğu və yaşadığı ərazidə, yəni Sumqayıt şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. İş materiallarında əlavə edilmiş videomaterialdan görünür ki, Elxan Xıdırov və polis əməkdaşı arasında olan dialoq birinci tərəfindən qeydə alınmışdır. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Belə ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsaslanaraq qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasları barədə qərarı qəbul etmiş orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iş materiallarını təqdim etməmişdir. Bu səbəbdən Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlamaq mümkün olmamış, həmçinin şikayətçinin təqdim etdiyi iş materialları qərar qəbul etmək üçün kifayət hesab edilməmişdir. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Bakı şəhəri DYPİ-yə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2361/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2361/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver