Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2363/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhəri 4-cü PB-nin sahə rəisi Ş.Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs 11.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 1-ci mikrorayon ərazisində idarə etdiyi nəqliyyat vasitəsinin sənədləri yerində olmadığı və avtomaşının üzərində cərimə borcuna görə həbs olduğu üçün duracağa yerləşdirilməsi zamanı DYPŞnin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş 12 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və 12.07.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ş.Qəhrəmanov məhkəmə iclasında çıxış edərək bildirdi ki, 11.07.2021-ci il tarixdə saat 11:00 radələrində Mercedes markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün həmin ərazidə xidmət aparan YPX inspektoru polis baş serjantı X1 tərəfindən saxlanılmış, sürücünün sürücülük hüququ və etibarnaməsi olmadan, həmçinin avtomaşının üzərində 550 manat ödənməmiş borcu olduğu üçün duracağa yerləşdirilməsi qərarı olduğu, sürücüyə müvəqqəti duracağa getməsi izah olunmuş, lakin sürücü YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb tabe olmayaraq ucadan nalayiq ifadələr işlədərək avtomaşına məxsus sənədləri və açarları təqdim etməmişdir. Məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Qeyd olunan fakt əsasında Şəxs barəsində 12 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 11.07.2021-ci il tarixdə **-SR-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 markalı avtomaşınla hərəkətdə olan zaman Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 1-ci mikrorayon ərazisində YPX əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, sənədləri ondan istəmişlər. Sənədlərə baxış zamanı idarə etdiyi nəqliyyat vasitəsinin cərimə borcuna görə həbsə düşdüyü, cərimə borcuna görə sürücülük hüququndan məhrum olunmaq və etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün avtomobilin duracağa yerləşdiriləcəyi barədə ona məlumat vermişlər və avtomobilin açarlarını istəmişlər. Bu zaman onlardan avtomobilin duracağa yerləşdirilməməsini xahiş etmiş, lakin YPX əməkdaşları onun xahişini qəbul etməmişlər. Özündən qeyri-ixtiyari əsəbləşmiş, hətta avtomobilinin sağ əli ilə damına yumruq vurmuşdur. Buna görə də YPX əməkdaşları onu nizam-intizama dəvət etmiş, avtopatrula əyləşməsini və açarları təqdim etməsini bildirmiş, o da könüllü şəkildə avtomaşına əyləşmiş, lakin pultla avtomaşının qapısını kilitləyib açarları verməkdən imtina etmişdir. Buna görə də onu aidiyyatı üzrə 4-cü Polis Bölməsinə aparmışlar. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 yol patrul xidməti inspektoru polis baş serjantı X1 izahatında göstərdi ki, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində xidmət aparan zaman 11.07.2021-ci il tarixdə saat 11:00 radələrində Mercedes markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, sürücünün sürücülük hüququ və etibarnaməsi olmadan, həmçinin avtomaşının üzərində 550 manat ödəniş borcu olduğu üçün duracağa yerləşdirilməsi qərarı olduğu, sürücüyə müvəqqəti duracağa getməsi izah olunmuş, lakin sürücü YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb tabe olmayaraq ucadan nalayiq ifadələr işlədərək avtomaşına məxsus sənədləri və açarları təqdim etməmişdir. Şəxs tabesizlik göstərməsi yalnız açarları təqdim etməməkdə ifadə olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, Məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" Sumqayıt şəhər filialı, hesab AZ03TURA **********1000102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2363/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2363/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver