Məhkəmə qərarları › İş №3(060)-2365/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2365/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2365/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər YPX inspektoru polis baş serjantı Yaqub Rufullayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Xızı rayonu, Tıxlı kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər, Saray qəsəbəsi, yeni yaşayış massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddələri ilə inzibati xəta haqqında Sumqayıt şəhər X3 Şöbəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı Yaqub Rufullayev tərəfindən xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №li protokol tərtib olunmuşdur, ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə, saat 14:25-də sürücü Şəxs “Kia Rio” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan zaman tədbirlər planına uyğun olaraq saxlanılmışdır. Yoxlama zamanı etibarnaməsiz və il ərzində təkrar sərxoş halda avtomobil idarə etdiyi aşkar olunmuşdur. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində göstərilmiş pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X2 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.2-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər YPX inspektoru polis baş serjantı Yaqub Rufullayev məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:25-də “Kia Rio” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan zaman tədbirlər planına uyğun olaraq saxlanılmışdır. Yoxlama zamanı etibarnaməsiz və il ərzində təkrar sərxoş halda avtomobil idarə etdiyi aşkar olunmuşdur. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olmayan “Kia Rio” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən tədbirlər planına uyğun olaraq saxlanılmışdır. Sənədləri yoxlanılarkən onun etibarnaməsiz və il ərzində təkrar sərxoş halda avtomobil idarə etdiyi məlum olmuşdur. Ondan şübhələndikləri üçün həkim müayinəsinə dəvət edilmiş, müayinə zamanı onun narkotik vasitə olan “marixuana” istifadə etdiyi aşkar olunmuşdur. Əməlindən peşmandır. Ona görə də, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4979 №-li, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin yoxlanılması barədə akt ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin yoxlanılması barədə akta görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il, saat 14:30-da) narkotik vasitə olan “marixuana” qəbul etdiyi faktı aşkar edilmişdir. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4979 №-li, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” ilə və il ərzində təkrar sərxoş məsuliyyətə cəlb edilməsi barədə portaldan çıxarışla öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 450 (dörd yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar