Məhkəmə qərarları › İş №3(060)-2365/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2365/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2365/2025 13.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X8 iştirakı ilə, “Şəxs” (VÖEN:**********) barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.7-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs” (VÖEN: **********) barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.7-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçi- müfəttişi X5 bildirmişdir ki, Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 18 avqust 2025-ci il tarixli 00011 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin, “X9 tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı H.Z.Tağlyev qəsəbəsinin yaxınlığında fəaliyyət göstərən “Şəxs”-nə məxsus zavodda tullantı sularının ətraf mühitə (çölə) təyinatsız axıdılması, lazımi icazə sənədləri olmadan su çıxarmaq üçün quyu qazılması faktı müəyyən edilmişdir. Müəssisədə formalaşan çirkab sular ətraf mühitə boşaldılaraq ərazidə çirkab suların formalaşmasına səbəb olmuşdur. Müəssisəyə yaxınlaşaraq sayğaclarının olması dəqiqləşdirilmiş, müəssisədən cavab olaraq sayğaclarının olduğunu və quyudan istifadə etdiklərini bildirmişlər. İXM-nin 264.0.7-ci maddəsinin tələblərinə əsasən xüsusi icazə alınmadan quyu qazılması qadağandır. Qeyd olunan xətaya görə inzibati araşdırma aparılmış və protokol tərtib edilmişdir. Qarşı tərəf inzibati araşdırma da iştirak etmək üçün dəvət edilsə də imtina etmiş, həmçinin aktı və digər sənədləri qəbul etməkdən imtina etmişlər. Sözügedən pozuntu faktını təsdiq edən şəkil və video iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq “Şəxs”-nin barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs”-nin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs”nin Azərbaycan Respublikasının İXM-nin 262.2.3 və 264.0.7-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında fəaliyyət göstərən “Şəxs”nə məxsus zavodda tullantı sularının ətraf mühitə (çölə) təyinatsız axıdılması, lazımi icazə sənədi olmadan su çıxarmaq üçün quyu qazılması faktı müəyyən edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 000407 nömrəli aktdan görünür ki, Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 11 avqust 2025-ci il tarixli 00011 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin, “X9 tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında fəaliyyət gösterən “Şəxs”-yə məxsus zavodda istehsalat və məişətdə formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Belə ki, keçirilən baxış zamanı Şəxsnə məxsus zavodda istehsalat və məişətdə formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən xüsusi çəkilmiş plastiq boru vasitəsi ilə açıq açıq kanala və açıq kanalla birbaşa ətraf mühitə (çölə) axıdılır. Eyni zamanda zavodun ərazisində yeraltı sulardan istifadə olunması üçün quyu qazılmış bir ədəd aqreqat quraşdırılmış və 32 mm-lik boru vasitəsi ilə su çıxarılaraq istehsalatda, məişətdə və ərazinin suvarılması üçün istifadə olunur. Müəssisənin nümayəndəsi kimi özünü təqdim edən Nahid adlı şəxs şifahi olaraq istehsalat və məişət tullantı sularının heç bir təmizləmə prosesindən keçmədən xüsusi çəkilmiş açıq kanal vasitəsilə ətraf mühitə axıdıldığını, zavod ərazisində quyudan çıxarılan sudan istifadə etdiklərini təsdiq etsə də müvafiq icra hakimiyəti orqanından icazə sənədinin olmadığını bildirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin “X9 Tullantı Suları haqqında” qanunun və ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. Həmin akt “Şəxs”-nin nümayəndəsi aktı imza imtina etmişdir. - Protokola əlavə edilmiş video və foto görüntülərdən görünür ki, Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında fəaliyyət gösterən “Şəxs”-yə məxsus zavodda lazımi icazə sənədləri olmadan su çıxarmaq üçün quyu qazılması faktı və müəssisədən çirkab sularının plastik boru vasitəsilə ətrafa (çölə) axıdılması müşahidə edilir. Bundan başqa, protokola əlavə edilmiş video görüntüyə məhkəmə araşdırması zamanı məhkəmə iclasında baxış keçirilən zaman Şəxs”-yə məxsus zavodda lazımi icazə sənədləri olmadan su çıxarmaq üçün quyu qazılması faktının təsdiq olunması müəyyən olunmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla - xx.xx.2025-ci il tarixli MN seriyalı * * * * * * * nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli, 000407 nömrəli akt, təqdim edilmiş foto və video görüntülərlə ünvan 1 ünvanında fəaliyyət gösterən “Şəxs” tərəfindən lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılması və tullantı sularının ətraf mühitə təyinatsız axıdılması öz təsdiqini tapmışdır. Bununla da “Şəxs” tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.3 və 264.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda, həmçinin su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İXM-in: - 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə təqdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına əsasənazırlanmışdır və torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasının və yeraltı qurğuların tikintisinin, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasının və istismarının aparılması qaydalarını müəyyən edir. Həmin qaydaların 1.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Azərbaycan Respublikası İXM-in: - 264.0.7-ci maddəsinə əsasən su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs”-nin barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Şəxs” barəsində inzibati tənbeh növü olan cərimə tətbiq edilməklə daha ciddi xətaya görə müəyyən edilmiş maddənin həddində, yəni 264.0.7-ci maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, “Şəxs” Azərbaycan Respublikası İXM-in 262.2.3 və 264.0.7-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs” (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar