Məhkəmə qərarları › İş №3(060)-2366/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2366/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2366/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş hüquqi şəxsi AR ƏƏSMN yanında X17 Xidməti Abşeron-Xızı regional şöbəsinin məsləhətçi-baş əmək müfəttişi X9, X5 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir Protokola görə Şəxs MMC tərəfindən Əmək Məcəlləsinin 7-ci (Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır) və 49-cu (Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir) maddələrinin tələblərinin pozularaq X1, X2, X10 və X8 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur.Buna görə də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X17 Xidməti Abşeron-Xızı regional şöbəsinin məsləhətçi-baş əmək müfəttişi X19 bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ünvanına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna vətəndaş X11 və digərləri tərəfindən Şəxs MMCdə əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş kollektiv müraciətlərə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsində tərəfimizdən baxılmış və Şəxs MMC tərəfindən Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinin pozularaq X1, X2, X10 və X8 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Eyni zamanda bildirir ki, tərəflərindən Şəxs MMC-nə xx.xx.2023-cü il tarixli 3-17-5/2- 35693/2023 nömrəli (SS864981427AZ) məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri və vaxtı qeyd edilməklə və səlahiyyətli nümayəndənin iştirakının təmin olunması ilə bağlı rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu xx.xx.2023cü il tarixində Şəxs MMC-nə çatdırılmış, lakin tərəflərindən inzibati xəta haqqında protokol tərtib olunarkən iştirak edən olmamışdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MMC- nin işinə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmış, şirkət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol və İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərardad xx.xx.2023-cü il tarixli 3-17-5/2- 37423/2023 nömrəli məktubla Şəxsnə məlumat üçün göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş hüquqi şəxs AR ƏƏSMN yanında X17 Xidməti Abşeron-Xızı regional şöbəsinin məsləhətçi - əmək müfəttişi X15 digər nümayəndə X14 izahatında göstərdiyi faktları təsdiq edərək Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, 2022-ci ilin avqust ayından 2023-cü ilin mart ayının ortalarına kimi Şəxs MMC-də müqavilə əsasında usta kimi çalışmışdır. O, həmin şirkətdə əmək haqqını nəğd və karta köçürmə vasitəsi ilə almışdır. Onu işə Nümayəndə götürmüş, həftənin bütün günləri saat 08:00-dan 18:00dək orada çalışmış, işə başlayarkən onunla heç bir əmək müqaviləsi bağlanmamış, sadəcə texniki təhlükəsizlik qaydalarına imza atmışdır. Hazırda onun həmin şirkətdə 1200 manat ödənilməmiş əmək haqqısı qalıb. Şirkətin rəhbəri həmin pulu verməkdən imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X18, X20 şahid X4 ifadəsinə oxşar ifadə vermiş, onları işə Nümayəndə adlı şəxsin qəbul etdiyini, onlarla heç bir əmək müqaviləsi bağlanmadığını, sonuncunun onların hər birinə müxtəlif məbləğlərdə əmək haqqı verməli olduğunu bildirmişlər. İş materiallarındanda görünür ki, X11 və digərləri tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ünvanına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətlər ünvanlanmışdır. Müraciətlərlə bağlı olaraq xx.xx.2023-cü il tarixdə X2, X1, X8, X3 müvafiq izahatları alınaraq iş materiallarına əlavə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilə bildirişi çıxarışıdan görünür ki, məhkəmə iclasında şahidlərin onları işə götürən şəxs kimi bildirdikləri Nümayəndə Şəxs MMC-nin direktor köməkçisidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, şahid ifadələri, işdə olan digər sübutlar ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6, X7, X13 və X16 Məhdud Məsuliyyətli Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş, və nəticədə inzibati xəta törətmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsifini fərqləndirmir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün sadalanan şərtlərin mövcudluğu mütləq zəruridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İnzibati xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar