Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2367/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* saylı, 22 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayətlə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin onun barəsində qəbul etdiyi MN № ******* saylı, 22 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında 22 aprel 2021-ci il tarixli MN ******* saylı Qərarı ilə İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi nəticəsinə gəlinərək 1.500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərara əsasən guya işə götürən tərəfindən X6 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilmişdir. İnzibati işə baxılmasında onun iştirakı təmin edilməmişdir və həmin qərar ona rəsmən 03.05.2021-ci il tarixdə təqdim edilmişdir. Həmin qərarla razı deyil və aşağıda göstərilən əsaslara görə hesab edir ki, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X10 05.03.2020-ci il tarixdən "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasında müddətli əmək müqaviləsi ilə aparıcı mühəndis vəzifəsində işə qəbul olunmuş və 02.11.2020-ci il tarixdə ərizəsinə əsasən işdən azad olunmuşdur. İstər inzibati xəta haqqında protokolda, istərsə də inzibati tənbeh vermə haqqında X15 bağlanmış əmək müqaviləsinə xitam verilərkən yol verilmiş pozuntunun nədən ibarət olması göstərilməmişdir. Lakin başlanmış inzibati iş üzrə qanunvericiliyin tələbləri pozularaq inzibati xəta haqqında işin halları hərtərəfli, tam və obyektiv surətdə aydmlaşdırılmadan barəsində əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırkı işlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1273/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-1461/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1604/2021 saylı, 01.07.2021-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 13 iyul 2021-ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 23 iyul 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının direktoru X7 məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X17 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, işə götürən tərəfindən X6 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilmişdir. Belə ki, X11 05.03.2020-ci il tarixdən "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasında müddətli əmək müqaviləsi ilə aparıcı mühəndis vəzifəsində işə qəbul olunmuşdur. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. X11 Azəraqrartikinti” ASC-nin “Yol-Körpütikinti” firmasının direktoru X5 02.11.2020-ci il tarixdə ərizə ilə müraciət edərək öz xahişi ilə işdən azadolunmasını xahiş etmişdir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin "xxxx" ASC-nin “Yol- Körpütikinti” firmasının direktoru X7 tərəfindən X6 işinə 02.11.2020-ci il tarixdə xitam verilmişdir. Bununla da, X7 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinin tələbləri pozulmuş və onun barəsində İXM-nin 192.6-cı maddəsi ilə MN № ******* saylı, 12.04.2021-ci il tarixdə inzibati xəta haqında protokol tərtib olunmuş, həmin protokol əsasında X7 barəsində MN № ******* saylı, 22 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan MN № ******* saylı, 12.04.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş mübahisələndirilən qərardan görünür ki, X7 MN № ******* saylı, 22 aprel 2021-ci il tarixli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1.500,00 manat cərimə olunmuşdur. İş materialında olan X12 tərəfindən "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının direktoru X5 ünvanlandığı 05.03.2020-ci il tarixli ərizəsindən görünür ki, onu "xxxx" ASCnin “Yol-Körpütikinti” firmasına aparıcı mühəndis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materialında olan X12 tərəfindən "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının direktoru X5 ünvanlandığı 01.11.2020-ci il tarixli ərizəsindən görünür ki, o, öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. İş materialında olan "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının 02.11.2020-ci il tarixli, 96 №-li əmrindən görünür ki, X12 – aparıcı mühəndis vəzifəsində işləyən. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “A” bəndinə əsasən (öz ərizəsinə əsasən) 02 noyabr 2020-ci il tarixdən işdən azad edilməklə, son haqq-hesab hesablanması qeyd olunmuşdur. İş materialında olan "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının əhbərliyinə ünvanlanmış 12.04.2020-ci il tarixli bildirişdən görünür ki, İXM-nin 192.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 12 aprel 2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta ahqqında işə baxılması 22 aprel 2021-ci il tarixdə saat 11:00-a yəyin olunması qeyd olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 14 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş hazırda mübahisələndirilən 22 aprel 2021-ci il tarixli MN № ******* №li inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X4 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, işçi X12 tərəfindən "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının direktoru X5 ünvanlandığı 01.11.2020-ci il tarixli ərizəsi ilə işdən azad olmasını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etməli halda "xxxx" ASC-nin “Yol-Körpütikinti” firmasının 02.11.2020-ci il tarixli, 96 №-li əmri ilə X12 – aparıcı mühəndis vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “A” bəndinə əsasən (öz ərizəsinə əsasən) 02 noyabr 2020-ci il tarixdən işdən azad edilməsi barədə əmr verilmişdir. Bununla da X2 Məcəlləsinin tələblərini pozmuş və onun barəsində İXM-nin 192.6-cı maddəsi ilə, yəni “işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozularaq xitam verilməsi”nə görə protokol tərtib olunmuşdur. İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. X7 tərəfindən törədilən inzibati xəta 12 aprel 2021-ci il tarixdə aşkara çıxarıldığından və onun barəsində 22 aprel 2021-ci il tarixli, MN № ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyindən verilən şikayət təmin edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 14 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 22 aprel 2021-ci il tarixli, MN № ******* №li inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2367/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2367/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver