Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-237/2021 15.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi Zahid Ağayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Sumqayıt şəhər Qaz İstismar sahəsinin sayğaçların qəbulu və istismarı Xidmətinin rəisi X1, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi həyət evində yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4- cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər məhkəməsinin icraatına Şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 yanvar 2021-ci il tarixli, MN ******* saylı, 14.01.2021-ci il tarixli, MN ******* saylı və 14.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Ona görə ki 02.12.2020-ci il tarixdə, Şəxs Sumqayıt şəhəri, 18-ci mkr, 25B saylı binanın 5-ci və 9-cü mənzillərinin və 25 saylı binanın 16 və 46-cı mənzillərinin Qİİ balansında olan mexaniki qaz sayqaclarını oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Şəxs 14.12.2020-ci il tarixdə ünvan 1 ünvanlarının təbbi qaz sayğaclarını oğurlamışdır. Bundan başqa Şəxs 27.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mkr, 20 saylı yaşayış binasının yanında yerləşən şirniyyat sexinə dair olan sözügedən binanın blokunda quraşdırlımış işıq sayğacını oğurlamışdır oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-237/2021 №li iş, 3(060)-238/2021 №li iş və 3(060)- 239/2021 №li iş bir icraatda 3(060)-237/2020 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisləri Zahid Ağayev tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs 02.12.2020-ci il tarixdə, Şəxs Sumqayıt şəhəri, 18-ci mkr, 25B saylı binanın 5-ci və 9-cü mənzillərinin və 25 saylı binanın 16 və 46-cı mənzillərinin Qİİ balansında olan mexaniki qaz sayqaclarını oğurlamışdır. Həmçinin Şəxs 14.12.2020-ci il tarixdə ünvan 1 ünvanlarının təbbi qaz sayğaclarını oğurlamışdır. Bundan başqa Şəxs 27.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mkr, 20 saylı yaşayış binasının yanında yerləşən şirniyyat sexinə dair olan sözügedən binanın blokunda quraşdırlımış işıq sayğacını oğurlamışdır. Şəxs tüfeyli həyat tərzi sürdüyünü və coxsaylı oğurluq əməllərinin olduğunu bildirərək Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstədiki, sağlamlıq vəziyyəti yaxşı olmasına baxmayaraq işləmir və pula ehtiyacı olduğundan 02.12.2020-ci il tarixdə, Şəxs Sumqayıt şəhəri, 18-ci mkr, 25B saylı binanın 5-ci və 9-cü mənzillərinin və 25 saylı binanın 16 və 46cı mənzillərinin Qİİ balansında olan mexaniki qaz sayqaclarını oğurlamışdır. Həmçinin 14.12.2020-ci il tarixdə ünvan 1 ünvanlarının təbbi qaz sayğaclarını oğurlamışdır. Bundan başqa o, 27.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mkr, 20 saylı yaşayış binasının yanında yerləşən şirniyyat sexinə dair olan sözügedən binanın blokunda quraşdırlımış işıq sayğacını oğurlamışdır. Əməlindən səmimi peşmandır, maddi ziyanı ödəməyə imkanı yoxdur və barəsində yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs Sumqayıt şəhər Qaz İstismar sahəsinin sayğaçların qəbulu və istismarı Xidmətinin rəisi X2 izahat verərək bildirdi ki, ona dəymiş maddi ziyanın ödənilmədiyindən və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs şikayətçidir. Buna görə də onun barəsində ciddi inzibati tenbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan zərərçəkmiş şəxs Sumqayıt şəhər Qaz İstismar sahəsinin sayğaçların qəbulu və istismarı Xidmətinin rəisi X2 tərəfindən verilmiş ərizəsindən görünür ki, Şəxs tərəfindən onlara dəymiş maddi ziyan ödənilməmişdir və şikayətçidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 15 yanvar 2021-ci il tarixdən, saat 16.40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-237/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-237/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver