Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2373/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Ağdam rayonu, Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Ağdam rayonu, Göytəpə ə/d, Göytəpə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 29 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Novxanı qəsəbəsində Gilavar restoranında X5 məxsus “Xiomi Redmi 9S” markalı mobil telefonu oğurlamışdır, oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində törədilmişdir. Zərərçəkmiş şəxsə 300,00 manat ziyan dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində Gilavar restoranında X5 məsxus “Xiomi Redmi 9S” markalı mobil telefonu talayıb oğurlayaraq zərərçəkmiş şəxsə 300,00 manat maddi ziyan vurmuşdur. Hal-hazırda vurulmuş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində Gilavar restoranında adını sonradan bildiyi X5 məsxus “Xiomi Redmi 9S” markalı mobil telefonunu oğurlamışdır. Həmin telefonu satmışdır. Törətdiyi əməldən peşman olmasını və X4 vurmuş olduğu ziyanı ödəməyə maddi imkanının olmadığını bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində Gilavar restoranında ona məsxus “Xiomi Redmi 9S” markalı mobil telefonunu oğurlayaraq ona 300,00 manat maddi ziyan vurmuşdur. Hal-hazırda vurulmuş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X1 HK-1/1541 saylı cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından fakt əsasında aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir, lakin Şəxs əməlində xırda talama, yəni İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti xidmət sahəsinə həvalə olunmalıdır. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 14:20-də azad olunmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X1 HK-1/1541 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 27 (iyirmi yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 sentyabr 2023-cü il saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2373/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2373/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver