Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2373/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli məktubuna əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin məktubda Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın və işə aid digər materialların aidiyyəti üzrə göndərilməsi qeyd edilmişdir. Məktuba qoşma sənədlərin 27 vərəqdən ibarət olması göstərilmişdir. Lakin, məhkəməyə daxil olmuş əlavə sənədlərin cəmi 15 vərəqdən ibarət olması, materiallara xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın əlavə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi materiallar natamam şəkildə məhkəməyə göndərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün deyil, materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2373/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2373/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver