Məhkəmə qərarları › İş №3(060)-2374/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2374/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2374/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs: Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 bildirdi ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə 1-ci PB-ə müraciət edərək Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməsini bildirmişdir. Bununla bağlı tərəflər dəvət edilib izahatı alınmış və daha sonra protokol tərtib olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hadisənin baş verdiyi ünvanda yaşayır. Qarşı tərəf dəfələrlə ondan şikayət etmişdir. O, Corat qəsəbəsində ona məxsus kişi salonunun qarşısında dayandığı müddətdə Günel guya ona yaba ilə hücum etdiyini bildirmişdir. Bu zaman ətrafda olan 2 xanım Günelə yalan danışması ilə bağlı irad bildirmişdir. Günel artıq 5 ildir ondan polisə və məhkəməyə şikayət edir. Onun məqsədi isə bələdiyyə tərəfindən ona icarəyə verilmiş ərazini, yəni kişi salonunu tərk etdirməkdir. Həmçinin Günelin anası orada olmamış, polisə zəng edildikdən sonra gəlmişdir. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onu təhqir etmiş, yaba ilə üzərinə hücum etmiş və siqaret kötüyü üzərinə atmışdır. Belə ki, hadisə olduğu zaman onlar özlərinə məxsus obyektə təmir işlərinin aparılması məqsədi ilə usta çağırmışlar. Elçin ustanın yanında onlara yaxınaşaraq sadalanan hərəkətləri etmişdir. Usta Elçin hərəkətlərindən qorxub oranı tərk etmişdir. O, Elçini hər dəfə belə əməllərə yol verdiyi zaman çəkmək istəyəndə sonuncu qaçıb gizlənir. Anası baş verən hadisələrə şahid olmuşdur. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirdi ki, hadisə olduğu zaman onlar təmir işlərinin aparılması məqsədi ilə usta çağırmışlar. Daha sonra Şəxs gələrək onların yanında qızını təhqir etməyə başlamışdır. Usta Elçin hərəkətlərindən qorxub oranı tərk etmişdir. Şəxs dəfələrlə sadalanan hərəkətlərə yol vermişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması: Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sonuncunun hərəkətlərində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməldir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İXM-in 510 maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun xırda xuliqanlıq etməsi məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməsi göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarix, saat 16:00-da azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi Köhnə kitabxanın qarşısında Şəxs məni valideynim X1 yanında nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs təhqir etməsi müəyyən edilmir və sübuta yetirilmir. İş materiallarında Şəxs Zərərçəkmiş şəxs təhqir etməsini və söyüşlər söyməsini təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxsnın ünvansız nalayiq küçə söyüşləri söyüb, Zərərçəkmiş şəxs təhqir etməsindən bəhs edilsə də, aydın olmur ki, Şəxs İXM-nin 510-cu maddəsinin tələblərini pozması nədə ifadə olunur. Eyni zamanda məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs Zərərçəkmiş şəxs təhqir etmədiyini bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar