Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2376/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında icraatın başlanmasına dair qərar qəbul etmiş orqan Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi, Sumqayıt Şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şəxs barəsində 23 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, ünvan 1 ünvanında yerləşən Şəxs məxsus fermada d-20 mm-lik boru vasitəsilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə etmiş və 958,00 manat maddi ziyan dəymişdir. Sumqayıt şəhər prokuroru tərəfindən Şəxs barəsində tərtib olunmuş 23 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 14.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 28 iyul 2021-ci il tarixdə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs məhkəmə iclasına gəlməmiş və 26.07.2021-ci il tarixdə Şəxs teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, 28.07.2021-ci il tarixdə saat 09:35-də keçiriləcək məhkəmə iclasında səhhətilə bağlı iştirak edə bilməyəcək. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən fermanın sahibkarı Şəxs tərəfindən Sumqayıt Sukanal idarəsi ilə aralarında «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair» müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz-su saycağı quraşdırılmadan d-20 mm-lik boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və "xxxx" ASC tərəfindən verilmiş 30.04.2021-ci il tarixli «Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı»na əsasən dəymiş ziyanın məbləği 958 manat təşkil edir. Şəxs şəhər prokurorluğuna verdiyi izahatında həmin fermanın 30 ildir fəaliyyət göstərdiyini və öncələr atasının həmin işi gördüyünü, 2020-ci ilin iyun ayından sonra isə özünün şəxsən məşğul olduğunu bildirmişdir. Həmin fermanın su xəttindəki sayğac onun adına rəsmiləşmiş və onun tərəfindən sayğaca hər hansı qanunsuz qoşulma və ya sayğacı zədələmə həyata keçirilməmişdir. 16 aprel 2021 -ci il tarixində Sumqayıt Sukanal idarəsinin əməkdaşları sayğacdan kənar xətdə qanunsuz qoşulma aşkar edib bu barədə akt tərtib etmişlər. Həmçinin videoçəkiliş də aparıldığını öyrənmişdir. Həmin aktla tanış olmadığı üçün imza etməmişdir. Həmçinin orada sudan qanunsuz istifadəyə dair hesablanmış ziyan ilə razı olmamışdır. Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi Şəxs İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materialında olan DVD diskə baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 16.04.2021-ci il tarixli 600457 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-20 mm-lik plastmas boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə etməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 30.04.2021-ci il tarixli, 600457 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqında ödənişi üçün çıxarışdan görünür ki, istifadə olunan borunun diametri d-20 mm, sudan sutkada istifadə vaxtı 5 saat və hesabat verilən dövr üzrə 168 gün hesabla "xxxx" ASC-yə 958,00 manat ziyan dəyməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: 22 oktyabr 21974-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşqul olan, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2376/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2376/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver