Məhkəmə qərarları › İş №3(060)-2376/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2376/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2376/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsinin inspektoru, polis serjantı X2 tərəfindən 17 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* protokol tərtib olunmuşdur ona görə ki, AE 901758 saylı sürücülük vəsiqəsi ilə **-BA-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobili idarə edən xx.xx.1993-cü ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab rayonu, Dəkkəoba kəndində qeydiyyatda olan sürücü Hüseynli X1 hərəkətdə olan zaman işıq cihazından istifadə qaydasını pozaraq saxlanılmış, alkotester aparatı ilə yoxlama zamanı sərxoş halda olması müəyyən olunmuş və avtomobili sərxoş halda idarə etdiyi aşkarlanmışdır. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 15 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 28 sentyabr 2022-ci ilə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə teleqram vasitəsi ilə müraciət edərək bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək. Odur ki, həmin tarixə təyin edilmiş 3(060)- 2376/2022 saylı inzibati xəta haqqında işi aidiyyəti üzrə qeydiyyatda olduğu rayona, yəni Zərdab Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər Məhkəmə işdəki sənədləri araşdıraraq hesab edir ki, Şəxs müracitinə əsasən İXMnin 110.1-ci maddəsinə əsasən 3(060)-2376/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki inzibati xəta haqqında AP № ******* protokola dair 3(060)- 2376/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar