Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2377/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında icraatın başlanmasına dair qərar qəbul etmiş orqan Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi, Sumqayıt Şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən X7 barəsində 23 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, ünvan 1 ünvanında yerləşən Arzu Mehdiyevin icarə müqaviləsi əsasında işlətdiyi Quşçuluq sexi müəssisəsində d-20 mm-lik boru vasitəsilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə etmiş və 4.104,00 manat maddi ziyan dəymişdir. Sumqayıt şəhər prokuroru tərəfindən X7 barəsində tərtib olunmuş 23 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 14.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 28 iyul 2021-ci il tarixdə təyin olunmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən quşçuluq sexinin qanuni təmsilçisi Şəxs tərəfindən Sumqayıt Sukanal idarəsi ilə aralarında «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair» müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz- su saycağı quraşdırılmadan d-20 mm-lik boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və "xxxx" ASC tərəfindən verilmiş 07.05.2021-ci il tarixli «Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı»na əsasən dəymiş ziyanın məbləği 4104 manat təşkil edir. Şəxs şəhər prokurorluğuna verdiyi izahatında 2020-ci ilin sentyabr ayının 20dən etibarən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Quşçuluq sexini icarə müqaviləsi əsasında işlətdiyini və ümumiyyətlə həmin ərazinin pay olaraq X2 və X5 ümumi birgə mülkiyyətində olduğunu bildirmişdir. Vilayət Məmmədovdan 20 sentyabr 2020-ci il tarixli icarə müqaviləsi ilə hər ikisi 500 kvadrat metr olan iki tikilini icarəyə götürmüşdür. Həmin yerlərin birini quşçuluq sexi kimi işlətmiş və bununla bağlı bütün kommunal ödənişləri ödəmiş, lakin, suya 1200 manat borcu qalmışdır. Buna baxmayaraq o su xəttinə qanunsuz qoşularaq istifadə etməmişdir. 01 may 2021 -ci il tarixdə “Sumqayıt Sukanal” idarəsinin əməkdaşları gəlib həmin əraziyə baxış keçirib, sayğacdan kənar xətfdə qanunsuz qoşulma aşkar edib bu barədə akt tərtib etmişdirlər. Həmçinin videoçəkiliş də aparılmışdır. Həmin aktla tanış olmadığı üçün imza etməmişdir. Həmçinin sudan qanunsuz istifadəyə dair hesablanmış məbləğ ilə razılaşmamışdır. Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X4 İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, uzun müddətdir ki, fərdi sahibkarlıqla məşğuldur. 2020-ci ilin sentyabr ayının 20-dən etibarən isə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Quşçuluq sexini icarə müqaviləsi əsasında işlətmişdir. Ümumiyyətlə həmin ərazi pay olaraq X2 və X5 ümumi birgə mülkiyyətindədir. O, isə Vilayət Məmmədovdan 20 sentyabr 2020-ci il tarixli icarə müqaviləsi ilə hər ikisi 500 kvadrat metr olan iki tikilini icarəyə götürmüşdür. Həmin yerlərin birini o, quşçuluq sexi kimi işlətmiş və bununla bağlı bütün kommunal ödənişləri ödəmişdir. Lakin, onun suya 1200 manat borcum qalmışdır. O, su xəttinə qanunsuz qoşularaq sudan istifadə etməmişdir. Ondan əvvəl həmin yeri icarəyə götürüb işlədən var idi, onun qanunsuz xətt olmasından məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, 01 may 2021-ci il tarixdə “Sumqayıt Sukanal” idarəsinin əməkdaşları gəlib həmin əraziyə baxış keçirib, sayğacdan kənar xəttdə qanunsuz qoşulma aşkar edib bu barədə akt tərtib etmişdirlər. Həmçinin videoçəkiliş də aparıldığını öyrənmişdir. Həmin aktla tanış deyil, bu səbəbdən də akta imza etməmişdir. Həmçinin orada sudan qanunsuz istifadəyə dair hesablanmış ziyan ilə bağlı razı deyildir. Orada ziyan 4104 manat göstərilmişdir. Halbu ki, 05 aprel 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək Quşçuluq sexində quş olmamışdır. X7 qeyd olunanların nəzrə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxsin, qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materialında olan DVD diskə baxış keçirdərək, iş materiallarını araşdıraraq hesab edir ki, X7 tərəfindən İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də X7 İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 01.05.2021-ci il tarixli 600461 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-20 mm-lik plastmas boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə etməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. Bundan başqa su sayğacının elektron hissəsinin işləməməsi də aktda qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 07.05.2021-ci il tarixli, 600461 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqında ödənişi üçün çıxarışdan görünür ki, istifadə olunan borunun diametri d-20 mm, sudan sutkada istifadə vaxtı 5 saat və hesabat verilən dövr üzrə 360 gün hesabla "xxxx" ASC-yə 2.052 manat olmaqla cəmi 4.104,00 manat ziyan dəyməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə qeyd edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X7 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx xxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşqul olan, Ağsu rayonu, Ərəbmehdiyev kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 48/49 mənzil 5-də yaşayan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2377/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2377/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver