Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2377/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 nümayəndəsi böyük məsləhətçi-müfəttiş X10, Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Dövlət X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi- müfəttişi X16 tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Bakı-ünvan 1 ünvanında "xxxx" MMC-də formalaşan tullantı suları təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) təyinatsız axıdılması faktı müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxarkən iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 nümayəndəsi X16 bildirmişdir ki, monitorinq zamanı "xxxx" MMC-nin tullantı sularının ətraf mühitə axıdılması aşkar olunmuşdur. Gözlə görünən dərəcədə suyun çirkab olduğu müəyyən edilmişdir. Quşçuluq fabrikinin arxasında çuxur qazılaraq, həmin çuxura su axıdılmış və həmin gün yağış yağmamışdır. Bu barədə baxış keçirilən gün akt tərtib olunmuşdur. Protokolun tərtibatında və baxış keçirilən zaman nümayəndə də iştirak etmiş, lakin nümayəndə aktı imzalamaqdan imtina etmişdir. "xxxx" MMC-nin barəsində protokol tərtib olunduqdan sonra həmin ərazinin icarəyə verilməsi barədə məlumat verilmiş və artıq gec olduğu üçün protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X6 bildirmişdir ki, müəssisə tərəfindən kənara heç bir çirkab suyu axıdılmamışdır. Həmin suyun mövcud olduğu ərazi quşçuluq fermasıdır və bununla bağlı "xxxx" MMC ilə X11 arasında subicarə müqaviləsi bağlanmışdır. Həmin ərazi xx.xx.2024cü il tarixdən X7 istifadəsindədir. Aktın tərtib edilməsi zamanı "xxxx" MMC-də təzə işə başlayan işçi istirak etdiyindən subicarə müqaviləsinin olması barədə məlumat verməmişdir. Lakin, daha sonra müəssisə tərəfindən protokol tərtib edən orqana qeyd edilən quşçuluq fermasının onların müəssisəsinə aid olmaması barədə məlumat verilsə də protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X11 bildirmişdir ki, onunla "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə subicarə müqaviləsi bağlanmış və həmin quşçuluq fabrikini icarəyə götürmüşdür. Bir neçə ildir ki, həmin ərazidə müqavilə əsasında icarəçi kimi fəaliyyət göstərir. Əvvəllər aylıq 300 manat, yeni müqavilə ilə isə 800 manat aylıq icarə haqqı ödəyir. Protokolda göstərilən ünvanın quşçuluq fabrikinin istifadəsində olan ərazi olduğunu və orada yağış suyunun yığıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi- müfəttişi X16 tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Bakı-ünvan 1 ünvanında "xxxx" MMC-də formalaşan tullantı suları təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) təyinatsız axıdılması faktı müəyyən edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli subicarə müqaviləsindən görünür ki, icarəyə verən Şəxs-nin direktoru X8 Bakı –Dərbənd avtomobil yolunun cənubu, maşın bazarının qarşısında yerləşən sahəsi 844 kv.m. olan (toyuq fermasının bütün avadanlıqları ilə birlikdə) ərazini X9 icarəyə verilmişdir. Subicarə müqaviləsinin 3-cü bəndində müqavilənin 01 (bir) il müddətinə bağlanması, tərəflərdən biri digərinə müqavilənin xitamına təşəbbüs göstərməzsə, müqavilə müddətinin 01 (bir) il də uzadılmış hesab olunması göstərilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi subicarə müqaviləsindən də görünür ki, protokolda qeyd olunan ərazi X11 tərəfindən icarəyə götürülmüş və həmin ərazidə quşçuluq fabriki mövcuddur. Qeyd edilən hal protokol tərtib etmiş şəxsin izahatında göstərilmişdir. Lakin, inzibati xəta haqqında protokol "xxxx" MMCnin barəsində tərtib olunmuşdur. Göründüyü kimi, X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən inzibati xəta barədə inzibati araşdırma natamam aparılmış, protokol düzgün tərtib olunmamışdır. Qeyd edilən natamamlıqların məhkəmə baxışında aradan qaldırılması, həmçinin, natamamlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması və barəsində protokol tərtib edilmiş hüquqi şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər düzgün tərtib edilmədiyindən baxılmadan protokol tərtib edən Azərbaycan Respublikası X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X2 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2366168 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Azərbaycan Respublikası X13 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X2 geri qaytarılsın. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2377/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2377/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver