Məhkəmə qərarları › İş №3(060)-2379/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2379/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2379/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 18.06.2021-ci il tarixli 01400/0764 №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin 18.06.2021-ci il tarixli 01400/0764 №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. X4 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 18 iyun 2021-ci il tarixli 01400/0764 saylı inzibati xəta barədə qərarla o 10000 manat inzibati cərimə edilmişdir. O, hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi ona özünün 03 may 2021-ci il tarixli 1700- 013/003-26/002130 saylı, 24 may 2021-ci il tarixli 1700-013/003-26/002373 saylı məktublarla 09 iyun 2021-ci il tarixli 01400-0624/21 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 18 iyun 2021-ci il tarixə saat 10:00-a təyin edilməsi barədə məktub onun ünvanına 14 iyun 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Mübahisələndirilən inzibati xəta barədə 10400-0764/21 saylı, 18 iyun 2021-ci il qərar 23 iyun 2021-ci il tarixdə onun ünvanına rəsmi qaydada daxil olmuşdur. İnzibati orqan tərəfindən protokol üzrə inzibati xətaya dair işə baxılması üçün göndərilmiş bildiriş ona gec göndərildiyindən qərarın həmin gün qəbul edilməsi qərəzlidir, qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. Belə ki, inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olunmuşdur. Bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 14.07.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 23 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs X4 və ŞƏB Gömrük idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə şikayət vermiş şəxs X2 və ŞƏB Gömrük idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materianında olan Şimal Ərazi Baş Gömrük idarəsinin 03 may 2021-ci il tarixli 1700-013/003-26/002130 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X1 07.05.2019-01.02.2020-ci il tarixlərdə Şimal Ərazi Baş Gömrük İdarəsindən “ixrac” gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə məktuba əlavə olunmuş siyahıda qeyd olunan 262 (iki yüz altmış iki) gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində köçrülməli olan, ümumilikdə 3.344.865,60 ABŞ dolları (6.196.271,52 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin edilməməsi ilə bağlı Baş İdarənin Əməliyyat və Təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə ŞƏB gömrük idarəsinə gəlməsi xahiş edilmişdir. İş materianında olan Şimal Ərazi Baş Gömrük idarəsinin 24 may 2021-ci il tarixli 1700-013/003-26/002373 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X1 07.05.2019-01.02.2020-ci il tarixlərdə Şimal Ərazi Baş Gömrük İdarəsindən “ixrac” gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə məktuba əlavə olunmuş siyahıda qeyd olunan 262 (iki yüz altmış iki) gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində köçrülməli olan, ümumilikdə 3.344.865,60 ABŞ dolları (6.196.271,52 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin edilməməsi ilə bağlı barəsində başlanılmış inzibati xəta haqında 01400-0624/21 saylı iş üzrə icraatla əlaqədar müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə ŞƏB Gömrük İdarəsinə gəlməsi xahiş olunmuşdur. İş materianında olan Şimal Ərazi Baş Gömrük idarəsinin 09 iyun 2021-ci il tarixli 1700-013/003-26/002572 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Şimal Ərazi Baş Gömrük İdarəsibdə İXM-nin 483-cü maddəsi rəhbər tutulmaqla barəsində aparılan inzibati xəta haqqında 01400-0624/21 saylı işə ünvan 2 ünvanında 18.06.2021-ci il tarixdə, saat 10:00-da baxılacağı barədə məktub ünvanlanmışdır. İş materialına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, ŞƏB Gömrük İdarəsi X4 barəsində inzibati xəta haqqında 09.06.2021-ci il tarixli, 01400-0624/21 saylı protokol tətbiq edilib. İş materialına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ŞƏB Gömrük İdarəsinin inzibati xəta haqqında 18.06.2021-ci il tarixli, 01400/0764 saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 №-li Fərmanı ilə təsfiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasını təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndinin tələblərinə əsaən 180 gün müddətinə xarici valyuta vasitələri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, ŞƏB Gömrük İdarəsinin inzibati xəta haqqında 18.06.2021-ci il tarixli, 01400/0764 saylı qərarı qanunvericiliyə uyğun qəbul olunmuşdur. Belə ki, ünvan 3 ünvanında qeydiyyatda olan X4 (Vöen **********) tərəfindən 07.05.2019-01.02.2020-ci il tarixlərdə ŞƏB Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 262 gömrük bəyannaməsi əsasında ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 3.644.865,60 ABŞ dolları (6.196.271,52 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Nəticədə, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. X4 şikayət ərizəsində inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olduğunu, bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirsə belə X4 tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 18.06.2021-ci il tarixli 01400/0764 №li inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar