Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2380/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 30 iyun 2021-ci il tarixli, 00700-0122/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Abşeron rayonu, Saray ŞTQ, Saray baqları, ev 2487D olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 497-ci maddəsinə əsasən 30 iyun 2021-ci il tarixli 00700-0122/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-nin (VÖEN **********) Sumqayıt Baş Gömrük idarəsi Gömrük Əməliyyatları idarəsinin 21,05.2021-ci ii tarixli 34/012/001470 saylı raportunda Abşeron rayonu, Saray ŞTQ, Saray baqları, ev 2487D ünvanında qeydiyyatda olan “Xəzər-2019" Məhdud Məsuliyyətli Cəmiyyəti 19.09.2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürdüyü dəyəri 35250 ABŞ dolları olan “Emal olunmamış alüminium külçələr" yükünü 16.03.2019-ci il tarixli, 03 nömrəli müqavilə və 19.03.2020-ci il tarixli **********6891 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək Türkiyə Respublikasında qeydiyyatda olan “X5 ve Dış. Tıc. LTD.ŞTİ” şirkətinə ixrac etmiş lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq prosedurun tələbinə uyqun olaraq tədbir görülməmişdir, müraciət etmişik,Faktla əlaqədar Sumqayıt Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində 00700-0122/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bu fakt 34/012/001470 saylı, 21.05.2021-ci il tarixli raportla, 19.03.2020-ci il tarixli **********6891 sorğu nömrəli gömrük bəyannaməsi ilə, X1-sual protokolu və digər sənədlərlə təsdiq edilir. Daha sonra 00700-0122/21 saylı inzibati xəta haqqında iş üzrə icraat ilə əlaqədar olaraq **********6891 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə ödənilməli olan gömrük rüsumlarının və vergilərin ödənilib-ödənilməməsi və XİF ƏN-nın ********** kod altında xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların ixrac gömrük rejimində rəsmiləşirilməsinə məhdudiyyətlərin olub olmaması barədə məlumatın verilməsi üçün Sumqayıt Baş Gömrük idarəsi Gömrük Əməliyyatları idarəsinə 34/012/001656 və34/012/001657 saylı xidməti qeydlərlə müraciət edilmişdir. Gömrük Əməliyyatları İdarəsi sorğulara cavab olaraq sözüqüdən yükə görə ödənişlərin ödənilmədiyi və sözüqüdən bəyannamənin ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı heç bir məhdudiyyət nəzərdə tutulmadığını bildirmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, “Xəzər-2019" MMC 19.03.2020-ci il tarixli **********6891 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal gömrük prosedurunda rəsmiləşdirərək 19.09.2020ci il tarixədək geri qaytarmağı öhdəliklərinə götürdüyü ümumi dəyəri 35250 ABŞ dolları olan "xxxx" yükünün öhdəlik müddətinin bitməsinə baxmayaraq MMC tərəfindən gömrük prosedurunun tələbinə uyqun olaraq heç bir tədbir görülməmişdir. Şəxs MMC öhdəlik müddəti bitdikdən sonra 13.11 2020-ci il tarixdə sözüqüdən malların ixrac prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Sumqayıt Bas Gömrük İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli 00700-0122/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 14.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 28 iyul 2021-ci il tarixə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xəzər-2019” MMC tərəfindən İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 497-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 16.03.2019-ci il tarixli, 03 nömrəli müqavilə və 19.03.2020-ci il tarixli **********6891 nömrəli gömrük bəyənnaməsindən görünür ki, 35250 ABŞ dolları dəyərində mal idxal gömrük proseduru altında yerləşdirilmişdir. Həmin gömrük bəyannaməsində görünür ki, həmin malların müvəqqəti ixrac əməliyyatları zamanı 19.09.2020-ci il tarixədək geri qaytarılması üzrə öhdəlik verilmişdir. İş materiallarında olan 19.03.2020-ci il tarixli **********6891 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Cümhuriyyətindən “Emal olunmamış alüminium külçələr" yükü daxil olmuşdur. İş materillarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Xəzər-2019" MMC-nin direktoru X3 izahatında görünür ki, Türkiyə Cümhuriyyətində qeydiyyatda olan “X5 ve Dış. Tic. LTD.ŞTİ” şirkəti ilə Şəxs MMC arasında "xxxx"-in ixrac edilməsi ilə əlaqədar bağlanmış 16.03.2019-cu il tarixli, 1 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 35250 ABŞ dolları olan yükü 19.03.2020-ci il tarixində Sumqayıt Baş Gömrük idarəsində **********6891 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək 19.09.2020-ci il tarixədək geri qaytarmağı öhdəliklərinə götürərək Türkiyə Cümhuriyyətinə ixrac etmişlər. Lakin qeyd olunan yük göndərildikdən sonra ixracatçı “X5 ve Dış. Tic. LTD.ŞTİ” tərəfindən məktub göndərilərək profil istehsalının dayandırıldığı, buna görədə göndərilmiş malı emal edə bılməyəcəklərinı bildirmişlər. X3 bu səbəbdən də götürdükləri öhdəliyi icra edə bilmədikləri üçün çıxış yolu kimi ixrac etdiyi malları ixrac prosedurunda rəsmiləşdirmək istədiklərini bildirmişdir. Daha sonra 00700-0122/21 saylı inzibati xəta haqqında iş üzrə icraat ilə əlaqədar olaraq **********6891 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə ödənilməli olan gömrük rüsumlarının və vergilərin ödənilib-ödənilməməsi və XİF ƏN-nın ********** kod altında xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların ixrac gömrük rejimində rəsmiləşirilməsinə məhdudiyyətlərin olub olmaması barədə məlumatın verilməsi üçün Sumqayıt Baş Gömrük idarəsi Gömrük Əməliyyatları idarəsinə 34/012/001656 və 34/012/001657 saylı xidməti qeydlərlə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və 19.03.2020ci il tarixli **********6891 nömrəli gömrük bəyənnaməsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC 19.03.2020-ci il tarixli **********6891 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal gömrük prosedurunda rəsmiləşdirərək 19.09.2020ci il tarixədək geri qaytarmağı öhdəliyinə götürdüyü ümumi dəyəri 35250 ABŞ dolları olan “Emal olunmamış alüminium külçələr" yükünün öhdəlik müddətinin bitməsinə baxmayaraq gömrük prosedurunun tələbinə uyqun olaraq vaxtında heç bir tədbir görməmiş və nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 497-ci maddəsinə görə Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Abşeron rayonu, Saray ŞTQ, Saray baqları, ev 2487D olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş malın dəyərində qırx faizi məbləğində, yəni 14.100,00 (on dörd min yüz) ABŞ dolları (35.250,00 x 40 %) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2380/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2380/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver