Məhkəmə qərarları › İş №3(060)-2381/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2381/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2381/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, Sumqayıt Kimya Sənaye Parkı olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsinə əsasən 01 iyun 2021-ci il tarixli 00700-0144/21 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 73 gömrük bəyannaməsi üzrə müxtəlif ölkələrə konsiqnasiya yolu ilə ixrac edilmiş “Ferrosilisium tərkibində 55 kütlə %-dən çox silisium olan” yükünün müqabilində 253035,17 (iki yüz əlli üç min otuz beş dollar 17 sent) ABŞ dolları xarici valyuta vəsaiti 180 gün ərzində ixracatçının bank hesabına ("xxxx" ASC-nin “Nərimanov” filialı) köçürülməmişdir. Faktla əlaqədar Sumqayıt Bas Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində İXM-nin 483-cü maddəsi ilə 00700-0144/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və araşdırma aparılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci ıl tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının „tənzimlənməsi Qaydalan”nm 12-ci bəndinin icrasına riayət edilməmiş və eyni zamanda Qaydaların 12.2 və 12.3-cü bəndlərinin tələblərinə görə “Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər1' göstərilsə də Şəxs MMC tərəfindən buna əməl olunmamışdır. Belə ki, Sumqayıt Bas Gömrük idarəsi, Gömrük Əməliyyatları idarəsindən daxil olmuş 22.06.2021-ci il tarixli. 34/012/001770 saylı raporta və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ümumilikdə (iki yüz əlli üç min otuz beş dollar 17 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına ("xxxx" ASC-nin “Nərimanov” filialı) malların bəyan olunduğu gündən 180 gün ərzində daxil olması təmin edilməmişdir. Nəticədə Sumqayıt səhəri, Kimyaçılar, ev 1, Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatda olan “X7 and Foundry Companv” MMC (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/001770 saylı, 22.06.2021-ci il tarixli raportla, gömrük bəyannamələri ilə, VAİS-ə baxış protokolu, DGK Elektron məlumat bazasından Konsiqnasiva əməliyyatlar üzrə hesabatdan çıxarış, X1-sual protokolu ilə təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 01 iyun 2021-ci il tarixli 00700-0144/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 14.07.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 28 iyul 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 30.06.2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Sumqayıt BGİ-də 73 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi “Ferrosilisium tərkibində 55 kütlə %-dən çox silisium olan” yükünün müqabilində qaytarılmalı olan 253035,17 (iki yüz əlli üç min otuz beş dollar 17 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin böyük hissəsinin qaytarılmışdır, lakin bank tərəfindən həmin vəsaitlər portala işlənmədiyi üçün qalıq kimi qalmışdır. 73 bəyannamədən ümumilikdə 4 bəyannamə üzrə ixrac olunmuş malların müqabilində cəmi 9755.38 (doqquz min yeddi yüz əlli beş dollar, 38 sent) ABŞ dolları məbləğində vəsait qaytarılmayıb. Həmin məbləğin qaytarılması istiqamətində qarşı tərəflə danışıqlar aparılır. Qısa zaman-müddətində həllini tapacaqdır. İş materiallarında olan 34/012/001770 saylı, 22.06.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 73 ədəd gömrük bəyannaməsi ilə ümumi dəyəri 253.035,17 ABŞ dolları olan yük ixrac edilmişdir. Lakin ixrac olunan malın qarşılığında xaricdən qaytarılmalı olan vəsaitdən 20 gömrük bəyannaməsi üzrə ümumilikdə 252.686,51 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülməmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 01 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində 73 Gömrük bəyannaməsi ilə “İxrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “Ferrosilisium tərkibində 55 kütlə %-dən çox silisium olan" yükü müvafiq olaraq 26.06.2020-ci il tarixindən 30.08.2020-ci il tarixədək olan dövr ərzində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində 4 bəyannamə üzrə şirkətin müvəkkil bankdakı hesabına (AR Prezidentinin 24.07.1997-ci il tarixli 609 nömrəli Fərmanı) məcburi köçürülməli olan ümumilikdə 9755.38 (doqquz min yeddi yüz əlli beş dollar, 38 sent) ABŞ dolları məbləğində xarici valyuta xaricdən qaytarılmamışdır. Beləliklə də, hüquqi ünavnı Sumqayıt şəhəri, Kimyaçılar, ev 1, Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 9.755.38 (doqquz min yeddi yüz əlli beş dollar, 38 sent) ABŞ dolları yəni, 16584,15 (on altı min beş yüz səksən dörd manat, 15 qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, Şəxs MMC İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir. Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, Sumqayıt Kimya Sənaye Parkı olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 2.926,61 (iki min doqquz yüz iyirmi altı) ABŞ dolları, 61 (altmış bir) sent, (9.755.38 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar