Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2384/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmuş, və Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN 11061978 saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2822/2021 saylı, xx.xx.2021-ci il il tarixli icra vərəqəsini üzrsüz səbəbdən icra etməmişdir. Hal-hazırda cəmi 2825 manat aliment borcu vardır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2822/2021 saylı, xx.xx.2021-ci il il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə 2825 manat borcu yaranmışdır. 18 iyul 2022-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Axtarış nəticəsində Şəxs İcra idarəsinə gətirilmiş və idarədə icra sənədi üzrə borcdan 300 manat ödəmiş, lakin icra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda icra sənədi üzrə yaranmış borc 2528 manat təşkil edir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2822/2021 saylı, xx.xx.2021-ci il il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hal-hazırda borcundan 300 manat ödəniş etmişdir. Yaranmış aliment borcunu ödəməyə imkanı yoxdur, lakin ona vaxt verilərsə gələcəkdə aliment borcundan ödəniş edə bilər. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə mümkün olan yüngül inzibati tənbeh verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin qismən ödənişlər etdiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkar şəxsin, barəsində protokol tərtib olunmuş şəxsin və müdafiəçisinin çıxışını dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2822/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 18176 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs hesabına 200 manat məbləğində, 22329 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzlə 200 manat məbləğində, 7824 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzlə 100 manat məbləğində alimet ödənişi etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun məhkəmə qərarından xəbərdar olmuş, onun icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN №1055283 protokolun surətindən görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2822/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-638/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində məcburi gətirilmə tədbiri təqtbiq olunması üçün məcburi gətirmə haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi Şəxs icra sənədi üzrə müəyyən edilmiş aliment məbləğini vaxtında lazimi qaydada icra etmir, barəsində məcburi tədbrilərin tətbiq edilməsi təhlükəsi olduğu halda qismən ödənişlər etməklə məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qıda, istirahət, geyim və s.) təmin edilsin. Şəxs sonuncu ödənişi 2022-ci ilin aprel ayında 100 manat ödəniş etmiş, daha sonra icra məmurunun çağırışlarından yayınmış, barəsində məcburi gətirilmə və daha sonra axtırılması barədə qərar qəbul edilmiş və polis əməkdaşları vasitəsi ilə Şəxs məcburi qaydada icra idarəsinə gətirildikdən sonra onun 2825 manat aliment borcundan 300 manat ödəniş etməsi onun könüllü olaraq uşağının saxlanılması üçün aliment borcunu ödəmək istəyi kimi qiymətlədirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, icra sənədi üzrə tələbkar şəxsin şikayətçi olduğunu, borclunun məhkəmənin icra sənədindən xəbəri olmasına baxmayaraq heç bir ödəniş etmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2384/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2384/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver