Məhkəmə qərarları › İş №3(060)-2386/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2386/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2386/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X14, İcra sənədi üzrə tələbkarlar: X16, X5, X6, X9, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən 14.07.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN 0464125, MN 0464129, MN 0464128, MN ******* və MN ******* saylı protokollar tərtib olunmuşdur. Protokollardan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1600/2021 saylı 16.03.2021-ci il tarixli icra sənədinə əsasən 7530 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədinə əsasən 8930 manat borcu, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2036/2017 saylı, 17.01.2018-ci il tarixli icra sənədi üzrə 24498 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1254/2020 saylı, 18.06.2020-ci il tarixli icra sənədinə əsasən 9031 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-763/2021 saylı, 23.02.2021-ci il tarixli icra sənədi üzrə 9000 manat borcu üzrsüz səbəbdən ödəmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 məhkəməyə bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1600/2021 saylı 16.03.2021-ci il tarixli icra sənədinə əsasən 7530 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədinə əsasən 8930 manat borcu, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2036/2017 saylı, 17.01.2018-ci il tarixli icra sənədi üzrə 24498 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1254/2020 saylı, 18.06.2020-ci il tarixli icra sənədinə əsasən 9031 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-763/2021 saylı, 23.02.2021-ci il tarixli icra sənədi üzrə 9000 manat borcu üzrsüz səbəbdən ödəmir. Ona görə də, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1600/2021 saylı 16.03.2021ci il tarixli icra sənədinə əsasən 7530 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədinə əsasən 8930 manat borcu, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2036/2017 saylı, 17.01.2018-ci il tarixli icra sənədi üzrə 24498 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1254/2020 saylı, 18.06.2020-ci il tarixli icra sənədinə əsasən 9031 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-763/2021 saylı, 23.02.2021-ci il tarixli icra sənədi üzrə 9000 manat borcun ondan tutularaq tələbkarlara ödənilməsi qət edilmişdir. 7 və 14 yaşında 2 azyaşlı uşağı var. Ödəniş etməyə imkanı yoxdur, amma hazırda mülkiyyətində olan torpaq sahəsini satmaq üçün sənədləri hazırlayır, torpaq sahəsini satıb borcunu ödəyəcəkdir. Borclarının müəyyən hissəsini ödəmişdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X21 bildirdi ki, Şəxs borcun ödənilməsinə çalışır, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X30 qızı məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1600/21 saylı 16.03.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs barəsində 2000 (iki min) manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Borcun tam ödənilməsini və qanunauyğun cəza verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X17 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1600/21 saylı 16.03.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs barəsində 7500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması qət edilmişdir. Borcun tam ödənilməsini və qanunauyğun cəza verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X18 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2036/2017 saylı 06.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6450 və 18048 manat, cəmi 24498 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Borcun tam ödənilməsini və qanunauyğun cəza verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X19 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1254/2020 saylı 20.07.2020 tarixli icra vərəqəsinə əsasən cavabdehdən 9000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi qət edilmişdir. Borcun tam ödənilməsini və qanunauyğun cəza verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1600/21 saylı 16.03.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2000 (iki min) manat pul tutularaq X20 ödənilməsi və 7500 manat borcun tutularaq X11 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2036/2017 saylı 06.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6450 və 18048 manat, cəmi 24498 manat məbləğində pulun tutularaq X12 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1254/2020 saylı 20.07.2020 tarixli icra vərəqəsinə əsasən Şəxs 9000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq X15 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7001/2017 saylı 31.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X7 və Şəxs müştərək qaydada 8900 manat pulun müştərək qaydada iddiaçılar X1 və X4 xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-763/2021 saylı 23.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 9000 manat məbləğində kredit borcu, kredit müqaviləsinin notariat təsdiqi üçün ödənilmiş 6 manat, kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün ödənilmiş 93 manat, xidmət haqqı olaraq alınmış 14 manat və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-156/2021 saylı 09.04.2021-ci il tarixli qərardadına əsasən borclu Şəxs məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan ittiham aktına əsasən Şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində olması tələb edilmişdir. Əks təqdirdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə-Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək inzibati həbs və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə maddəsi ilə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalana biləcəyi bildirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədlərindən məlumatı olsa da, ödəniş etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Beləliklə, məhkəmə iclasında Şəxs inzibati xəta haqqında 14.07.2021-ci il tarixli MN 0464125, MN 0464129, MN 0464128, MN ******* və MN ******* saylı protokollarda göstərilən inzibati xətaları törətməsi tam sübuta yetirildi və həmin protokollarda göstərilən inzibati xətaları törətməkdə təqsirli bilinərək tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs himayəsində iki (24.11.2006 və 27.08.2013-cü il təvəllüdlü) uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, himayəsində biri 7 yaşında olmaqla iki uşağının olmasını, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs inzibati xəta haqqında 14.07.2021-ci il tarixli MN 0464125, MN 0464129, MN 0464128, MN ******* və MN ******* saylı protokollarda göstərilən inzibati xətaları törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 700 (yeddi yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar