Məhkəmə qərarları › İş №3(060)-2388/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2388/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2388/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 26 sentyabr 2023-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli, EP №0118116 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə Türkiyə Respublikasından 99EP417/99ZX414 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilən “qlükonat duzu” yükü Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********0099 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. Şəxs MMC xx.xx.2023-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 99EP417/99ZX414 nömrə nişanlı nəqliyyat vasitəsilə ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verdiyi xx.xx.2023-cü il tarixli **********2560 sorğu nömrəli qısa idxal bəvannaməsindəki məlumatlarla və birgə təqdim edilən mal-müşayət sənədlərinin xx.xx.2023-cü il tarixli, **********0099 sorğu nömrəli gömrük bəvannaməsindəki məlumatlar və birgə təqdim edilən mal-müşayiət sənədlərinin eyniləşdirilməsi zamanı X3ndə yükə və bəyannamələrə aid olmayan fərqli mal-müşayiət sənədləri bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 157-ci maddəsinə əsasən Şəxs MMC tərəfindən təqdim edilmiş **********0099 sorğu nömrəli gömrük bəyannaməsində və **********2560 saylı X3ndə göstərilən məlumatların, bəyannamələrlə birgə təqdim olunan sənədlərin düzgünlüyünü yoxlamaq məqsədi ilə gömrük bəyannaməsi ilə birgə təqdim edilən mal-müşayiət sənədləri ilə həmin yükə aid xx.xx.2023-cü il tarixli **********2560 sorğu nömrəli X3nin mal-müşayiət sənədlərinin eyniləşdirərkən X3 ilə birgə təqdim edilən mal-müşayiət sənədlərinin fərqli təqdim edilərək uyğunsuzluq olduğu, gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "Chempark” MMC tərəfində xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə Türkiyə Respublikasından 99EP417/99ZX414 nömrəli nişanlı nəqliyyat vasitəsilə idxal edilən “qlükonat duzu” yükü Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********0099 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. "Chempark” MMC-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 99EP417/99ZX414 nömrə nişanlı nəqliyyat vasitəsilə ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verdiyi xx.xx.2023-cü il tarixli **********2560 sorğu nömrəli X3nin mal-müşayiət sənədləri ilə xx.xx.2023-cü il tarixli, **********0099 sorğu nömrəli gömrük bəyannaməsinin mal-müşayiət sənədlərinin eyniləşdirilməsi zamanı X3ndə həmin sənədlərin səhv təqdim edilməsi nəticəsində gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən edilmişdir.Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, istər X3 (QİB), istərsə də Gömrük bəyannaməsi (GB) təqdim edilərkən məlumatlarda və ya yüklənən sənədlərdə səhv aşkar edilərsə, bəyannamə düzəliş üçün geri qaytarılır ki, bu da gömrük rəsmiləşdirməsini həyata keçirən əməkdaşın birbaşa vəzifəsidir. Bildirmək istəyir ki, təqdim olunan elektron bəyannamələr düzəliş üçün hər dəfə geri qaytarıldıqda gömrük orqanına xidmət haqqı ödənilir. Bu iş üzrə gömrük orqanına təqdim olunan QİB-dəki bütün məlumatlar istisnasız olaraq doğrudur və yükün olduğu nəqliyyat vasitəsini idarə edən sürücünün sərhəd gömrük orqanına təqdim etdiyi sənədlərlə eynilik təşkil edir. Sadəcə elektron QİB tərtib edilərkən portala əlavə olunan sənədlərin yerinə səhvən tamamilə fərqli sənədlər yüklənmişdir. Əslində sərhəd gömrük orqanı QİB-i yoxlayan zaman əlavə olunan sənədlərin eyniliyini də yoxlamalı və əlavə olunmuş sənədlərdə uyğunsuzluq aşkar etdikdə onu düzəliş üçün geri göndərməliydi. Lakin aidiyyatı sənədlərin yüklənmədiyi sərhəd gömrük orqanı tərəfindən aşkar edilməmişdir. 06 oktyabr 2023-cü il tarixdə səhər saatlarında sərhəddə qeydə alınan yük müvafiq sənədləşmə işləri bitdikdən sonra təyinat nöqtəsinə (Meyvəli gömrük terminalı) getmək üçün buraxılmışdır. Yük üzrə geniş bəyannamə təqdim olunarkən QİB-ə əlavə edilən sənədlərin aidiyyatı üzrə olmadığı aşkar edilmiş və bu barədə geniş bəyannamədə əlavə məktub şəklində Sumqayıt Gİ-nə məlumat verilmişdir. Eyni zamanda QİB-nə müvafiq sənədlərin əlavə edilməsi üçün elektron poçtla sərhəd gömrük orqanına müraciət edilmişdir. Gələn yükün rəsmiləşdirməsi zamanı sərhəd gömrük orqanından bizim yükün QİB-i təqdim olunmamışlar kateqoriyası ilə göndərildiyi barədə onlara şifahi məlumat verilmişdir. Halbuki, QİB təqdim olunmaqla bərabər qeydə alınmış və arxivlənmişdir. Bildirir ki, QİB-ə düzəlişlərin edilməsi Gömrük Məcəlləsinin 115-ci maddəsi ilə tənzimlənir və 3 halda müvafiq dəyişikliyin aparılmasına icazə verilmir: 115.2.1 gömrük orqanları QİB-i təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra 115.2.2 gömrük orqanları QİB-dəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra (bu halda məlumatlar doğrudur, əlavə edilən sənədlərin aidiyyatı üzrə olmadığı isə biz tərəfdən aşkarlanmış və müvafiq məktub və elektron poçtla gömrük orqanlarına bildirilmişdir) 115.2.3 gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra Chempark MMC barəsində tərtib edilmiş inzibati xətanın törədilməsi haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsinə istinad edilmişdir. Adı çəkilən maddənin təsir dairəsinə baxmaq vacibdir. Belə ki, İXM-nin 485.1-ci maddəsinə görə Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən QİB-nin verilməməsi. Göründüyü kimi, cərimə sanksiyasının verilməsi üçün 3 hal tələb olunur 1) Məlumatın verilməməsi 2) Təhrif olunmuş məlumatın verilməsi 3) Elektron QİB-in təqdim olunmaması. Onların iş üzrə məlumatların verilməməsi müzakirə mövzusu ola bilməz. Təhrif olunmuş məlumatlara gəlincə, hüquqi termin olaraq təhrif olunmuş məlumatlar dedikdə, əslinin müəyyən dəyişikliklərə məruz qalması başa düşülür. Bu halda isə heç bir məlumatın təhrifindən söhbət gedə bilməz. Sadəcə elektron portala aidiyyatı olmayan sənədlər yüklənmiş və daha sonra doğru sənədlər əlavə olunması üçün göndərilmişdir. Hətta bu halın özü gömrük orqanı qarşısında heç bir əlavə maliyyə yükü yaratmır. Təmsil etdiyi Chempark MMC şirkəti yarandığı gündən etibarən tam şəffaf fəaliyyət göstərmiş və istər vergi, istərsə də gömrük intizamına yüksək səviyyədə riayət etmişdir. Hətta inzibati məsuliyyət yaratmayan hallarda belə həssaslıq nümayiş etdirərək belə halların təkrarına yol verilməməsi üçün tədbirlər görmüşdür. Tərəflərindən təqdim olunan sənədləri, habelə İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsinin təsir dairəsinə aid olmaması xüsusatını nəzərə alınmasını və Chempark MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********0099 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Cümhuriyyətindən “qlükonat duzu” yükü daxil olmuşdur. İş materiallarında olan **********0099 sorğu nömrəli gömrük bəyənnaməsinin 40-cı xanasından görünür ki, həmin bəyannamə üzrə ölkəyə gətirilən mallara aid xx.xx.2023-cü il tarixdə **********2560 sorğu nömrəli X3 təqdim edilmişdir. İş materiallarında olan “Raport”-da müəyyən edilmiş digər hallarla bərabər, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 99EP417/99ZX414 nömrə nişanlı nəqliyyat vasitəsilə ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada xx.xx.2023-cü il tarixli **********2560 sorğu nömrəli qısa idxal bəvannaməsi verdiyi bir daha öz təsdiqini tapmışdır. Lakin həmin bəyənnamədəki məlumatlarla və birgə təqdim edilən mal-müşayət sənədlərinin xx.xx.2023-cü il tarixli, **********0099 sorğu nömrəli gömrük bəyannaməsindəki məlumatlar və birgə təqdim edilən mal-müşayiət sənədlərinin eyniləşdirilməsi zamanı X3ndə yükə və bəyannamələrə aid olmayan fərqli mal-müşayiət sənədləri bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şirkət tərəfindən mailto:tovuzgi@gmail.comElektron ünvan elektron ünvana göndərilmiş məktubda Şəxs MMC şirkətinə aid yükü gətirən ** EP *** / ** XZ *** nömrə nişanlı maşına aid doğru sənədlərin əlavədə verildiyi bildirilərək, sistemdə dəyişdirilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X3 verilir. X3nin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. X3nin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. X3ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. X3nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən X3ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X3 verilir. X3nin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan X3ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan X3 malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan X3 mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə-fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qısa idxal bəyənnaməsinin “Gömrük ödənişlərinin hesablanması” barədə 47-ci xanasında Şəxs MMC-nin 30 manat və həmin məbləğin 18%-i olan əlavə dəyər vergisi yəni 5 manat 40 qəpik cəmi 35 manat 40 qəpik məbləğində gömrük yığımı ödəməli olduğu və həmin məbləğin ödənildiyi əks olunmuşdur. “Gömrük Yığımlarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il qərarının 1.1-ci bəndində - “Gömrük yığımlarının məbləğləri” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Həmin qərarın 1.2-ci bəndinə əsasən Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiksal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. İş materiallarına əlavə edilmiş **********0099 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasından görünür ki, həmin bəyannamə üzrə ölkəyə gətirilən mallara aid xx.xx.2023-cü il tarixdə **********2560 sorğu nömrəli X3 təqdim edilmiş, lakin bəyənnaməçi tərəfindən elektron sistemə yalnış sənədlər daxil edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə görə gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal(ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Həmin Məcəllənin 115.1-ci maddəsinə görə bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, X3 təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə görə gömrük orqanları X3ni təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən, gömrük orqanları X3ndəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən və gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra X3nə düzəlişlərin edilməsinə yol verilmir. Göründüyü kimi Gömrük orqanı tərəfindən Şəxs MMC-nə elektron sistemə təhrif edilmiş məlumatlar göndərilməsi barədə məlumat verilən kimi şirkət yanlışlığın aradan qaldırılması üçün dərhal elektron ünvana rəsmi müraciət ünvanlanmış, lakin düzəlişlərin edilib-edilməməsi barədə hər hansı cavab məktubu göndərilməmişdir. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə hesab edir ki, "CHEMPARK” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəxs MMC-nin hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, bu hərəkətlərin zərərli nəticələrini qabaqcadan görməsi, bu nəticələri arzu etməsi və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi kimi tövsifedici əlamətlər olmalı idi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da məlum olur ki, Şəxs MMC-nin qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin “X3ni” qanunla müəyən edilmş vaxtda təqdim etməmək kimi niyyəti olsaydı mallar ölkə ərazisinə gətirilməzdən öncə məhz xx.xx.2023-cü il tarixdi həmin bəyənnaməni elektron ünvana göndərməz və hətta həmin bəyənnamənin 47-ci xanasında göstərilmiş şirkət tərəfindən ödənilməli olan 35 manat 40 qəpik məbləğində gömrük yığımını həmin tarixdə ödəməmiş olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar