Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2390/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Nümayəndə2 iştirakı ilə, Bank "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti tərəfindən Bank "xxxx" ASC-nin Sumqayıt filialı barəsində inzibati xəta haqqında 14 sentyabr 2022-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü məhəllə, Azərbaycan prospekti, ev 7/26-ın 1-ci mərtəbəsində yerləşən Bank "xxxx" ASC-nin Sumqayıt filialında planlı yanğın-texniki müayinə zamanı obyektdə bir sıra yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar olunmuşdur. Bank "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, 14 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü məhəllə, Azərbaycan prospektində yerləşən, "xxxx" ASC-nin Sumqayıt filialinda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları tərəfindən plan üzrə yanğın-texniki müayinə keçirilmiş və inzibati xəta törətdiyinə görə, “Bank BTB" ASC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 518.1 maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilərək, xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsi üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Hazırda "Bank BTB” ASC-nin Sumqayıt filialının rəhbərliyi qeyd olunan nöqsanları aradan qaldırmışdır. Odur ki, bu barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, Bank "xxxx" ASC-də Yanğın Təhlükəsizliyi haqqında Qanunun 4.1-4.17-ci bəndləri, binaların, tikililərin və otaqların saxlanılması vəzifəsi, YTQ-nin 6.1-6.10-cu bəndi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyətinin tələblərə uyğun saxlanılmaması aşkar edilmişdir. İş materiallarında olan 2008 saylı, xx.xx.2022-ci il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Bank "xxxx" ASC Yanğın Təhlükəsizliyi haqqında Qanunun 14.1-4.17ci bəndləri, binaların, tikililərin və otaqların saxlanılması vəzifəsi, YTQ-nin 6.1-6.10-cu bəndi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyətinin tələblərə uyğun saxlanılmaması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Beləliklə də, işin araşdırılan halları və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin məhkəməyə tədim etdiyi məktubdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bank "xxxx" ASC-nin rəhbərliyi tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7 və 116-cı maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 116, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bank "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2390/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2390/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver