Məhkəmə qərarları › İş №3(060)-2392/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2392/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2392/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin TP ******* saylı, 26.06.2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Məmmədov Vüsal Tofiq oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Məmmədov Vüsal Tofiq oğlu Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin TP ******* saylı, 26.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Ekologiya Yol-Patrul Xidmətibaş inspektor, polis kapitanı Babaşov Müşviq Əli oğlumun TP ******* saylı,26.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Məmmədov Vüsal Tofiq oğlu tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 26.06.2021-ci il tarixlidir, şikayət isə 20 gündən artıq müddət keçdikdən sonra verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin TP ******* saylı, 26.06.2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Məmmədov Vüsal Tofiq oğlu tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar