Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2394/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixdə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X4 İXP ******* saylı protokola Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixdə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, X4 tərəfindən məhkəməyə təqdim olunmuş şikayət ərizəsi şikayətçi tərəfindən imzalanmamışdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilən uyğunsuzluqlar icraatı rədd edən hallar olduğundan məhkəmə verilmiş şikayət ərizəsi və ona əlavə olunan sənədlərin baxılmadan X2 geri qaytarmaq nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2394/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2394/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver