Məhkəmə qərarları › İş №3(060)-2394/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2394/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2394/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Beyləqan rayonunda anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Sumqayıt şəhər Çerkassi küçəsində Yol Polisi əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Belə ki, Şəxs həmin gün idarə etdiyi BMW markalı, ** VA *** dövlət nömrə nişanlı avtomobili ön qeydiyyat nişanı olmadan idarə etmiş, bu zaman onu Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin inspektoru şəxsin törətdiyi qayda pozuntusu ilə bağlı ona saxla işarəsi vermiş, lakin Şəxs polisin qanuni tələbini tabe olmamış, idarə etdiyi avtomobili qarşı hərəkət zolağı ilə hərəkət etdirərək qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaratmışdır. Sonda Polis əməkdaşları Şəxs saxlamağa müvəffəq olmuşdur. Rüstəm Zahidov eyni zamanda bildirmişdir ki, barəsində protokol tərtib edilən şəxs Vətən müharibəsi iştirakçısıdır, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, dövlət tərəfindən müxtəlif medallarla təltif edilmişdir, bundan başqa himayəsində azyaşlı övladı vardır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində daha yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, o, dünən yəni xx.xx.2023cü il tarixdə saat təxminən 17:00 radələrində idarə etdiyi “BMV” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri “Azərbaycan” prospektində hərəkətdə olan zaman yol polisi əməkdaşı ona işıq siqnalı və səs siqnalı ilə işarə edərək saxla əmri vermişdir. Lakin o, əsəbi olduğu üçün avtomobili saxlamamış və Çerkassi küçəsinə qədər gedib orada dayanmışdır. Bildirir ki, o, müharibə iştirakçısı olduğu üçün əsəbləri gərgindir. Belə ki, avtomobili saxlayıb düşmüş və avtomobilin salonundan plastik butulkanın içərisində olan kompot butulkasını götürərək avtomobilin üzərinə tökərək sanki benzinlə avtomobili yandırmaq istədiyini deyib polisləri qorxutmuşdur. Bundan sonra polislər yaxınlaşıb onu sakitləşdirmiş, o isə maşının açarını yol polisi işçilərinə vermişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Evlidir, bir azyaşlı övladı var. O, Vətən müharibəsi iştirakçısıdır, döyüşlər zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Baş Naziri tərəfindən isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində xidmətdə olarkən Sumqayıt şəhəri “Azərbaycan” prospektində hərəkətdə olan “BMVV” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön nömrə nişanının olmadığını müşahidə etmiş və bu səbəbdən sürücüyü saxla işarəsi verilmişdir. Lakin sürücü saxla əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. O, sürücüyə dəfələrlə saxla əmri versə də, sürücü nəqliyyat vasitəsini saxlamamış, buna görə də efir vasitəsi ilə kömək çağırmışdır. Sürücü hərəkətdə olan zaman digər nəqliyyat vasitələrinin qarşısına çıxaraq onların hərəkətinə maneəçilik törətmişdir. Bu zaman o və digər yol polis əməkdaşları süni tıxac yaradaraq avtomaşını saxlamağa müvəffəq olmuşlar. Ekipaj yoldaşı sürücüyə yaxınlaşaraq özünü təqdim edib, müvafiq sənədləri sürücüdən tələb etdikdə, sürücü sənədləri verməkdən imtina edərək öz hərəkətlərinə davam etdirmişdir. Sürücü avtomaşından kauçuk butulkada olan mayeni götürərək avtomaşının üzərinə tökmək istəyən zaman həmin vaxt oraya gələn post-patrul bölüyünün əməkdaşları sürücünün əlindən butulkanı alaraq aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-ə aparmışlar. Məlum olmuşdur ki, həmin butulkada olan maye kompotdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 şahid X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaması öz təsdiqini tapmışdır İş materiallarından görünür ki, baş vermiş hadisə ilə bağlı DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X3 5-ci PB-nin rəisinə “Raportla” müraciət etmişdir. İş materiallarından görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla, İİİ dərəcəli əlildir, döyüşlər zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Baş Naziri tərəfindən isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxsnın əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, o cümlədən onun Vətən müharibəsində iştirak edərək yüksək şücaət göstərməsini, nəticədə dövlət tərəfindən müxtəlif medallarla təltif edilməsini onun şəxsiyyətini səciyyələndirən müsbət xüsusiyyət kimi nəzərə alaraq AR İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, Şəxs əməlindən peşman olmasını, davranışını, müharibə iştirakçısı, qazi olmasını, torpaqların müdafiəsi uğrunda davam edən 44 günlük Vətən müharibəsində erməni hərbçiləri tərəfindən törədilmiş təxribatların qarşısının alınmasında xüsusilə fəal iştirak etməsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Baş vermiş hadisəni özündə əks etdirən 01ədəd DVD disk iş materiallarında saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar