Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2396/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 20A, mənzil 55-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 29/18 mənzilin zal otağında Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PBnın sahə rəisi polis leytenantı X2 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Gülnarə ilə təxminən 2 ildir ki, qeyri-rəsmi münasibəti var. Gülnarənin hazırda qaldığı ünvanı o Gülnarəyə kirayə tutmuşdur. O Bir müddət Gülnarənin yanına gedib-gəlmişdir. xx.xx.2022-ci il tarixdə Gülnarə ilə aralarında olan münasibət pozulduğu üçün o tanışı Familə demişdir ki, Gülnarənin yaşadığı evə gedərək orada olan telefonunu Gülnarədən alıb gətirsin. Famil də Gülnarənin evinə getmiş və geri qayıdaraq ona Gülnarənin telefonunu vermədiyini və onun oraya gələrək paltarları ilə birlikdə aparmağını dediyini bildirmişdir. O həmin vaxt xəstə olsa da bir təhər ayağa qalxaraq Familin köməyi ilə Gülnarənin yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/18, mənzil 28-ə getmişdir. Mənzilin içərisinə daxil olmuş, aralarında hər hansı bir mübahisə olmamış, Gülnarədən nə üçün onun telefonunu vermədiyini soruşduqda Gülnarə ona onun götürməyini istədiyi üçün vermədiyini demiş və onun ailəsi haqqında rüsvayedici məlumatlar yayacağını bildirmiş və ona paltarlaını yığ çıx rədd ol evdən demişdir. O da əvvəlcə Famildən xahiş etmişdir ki, onun paltarlarını balkondan götürsün, lakin Gülnarə buna icazə verməmiş və orada onun da paltarlarının olduğunu demişdir. Belə olduqda o özü balkona keçərək paltarlarını götürmək istədikdə Gülnarə əli ilə onun sinəsindən itələmiş və əli ilə köynəyini tutub dartaraq köynəyini cırıb ona demişdir ki, onun paltarlarını yuyub verəcəkdir. Bu səbəbdən aralarında mübahisə düşmüş, o məcbur olub əli ilə onun qollarından tutub kənara itələyib divana oturmasını demişdir. Sonra paltarlarını yığmağa başlamışdır. Bu zaman Gülnarə qışqırıb onu polisə şikayət edəcəyini demişdir. Bundan sonra o paltarlarını və telefonunu götürüb oradan çıxmışdır. Əməlindən peşmadır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onu döymüçdür, amma onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə icraata xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2022ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 1176 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:hər iki bazu nahiyyənin, boyun nahiyyənin qançırları, sağ təpə-gicgah nahiyyənin qançır-şişkinliyi vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə əl ilə yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə inzibati xətanı törətmiş şəxs barışdığı üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2396/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2396/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver