Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2398/2021 17.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X4, tərcüməçi X2, barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 01 may 2020-ci il tarixli, 00700-0187/19 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsinə əsasən 01 may 2020-ci il tarixli 00700-0187/19 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Türkiyə Respublikası vətəndaşı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs Şəxs (VÖEN **********) ümumi dəyəri 1472800(bir milyon dörd yüz yetmiş iki min səkkiz yüz səksən) ABŞ dolları olan Sumqayıt Baş Gömrük İdarəsində 28.03.2018-ci il tarixindən 04.10.2018-ci il tarixədək olan dövr ərzində 9 ədəd Gömrük bəyannaməsi (**********4136, **********4864, **********4867, **********0429, **********0430, **********0431, **********7776, **********9098, **********090) əsasında “İxrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “Mis və Sink əsasında ərintilərLatun, külçələrdə”, “Alüminium külçələrdə” və “Emal olunmamış Aliminium ərintilərikülçələr” yükləri müvafiq olaraq 28.03.2018-ci il tarixindən 04.10.2018-ci il tarixədək Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sınıq Körpü”(Qırmızı Körpü) gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində fiziki şəxsin müvəkkil bankdakı hesabına (AR Prezidentinin 24.07.1997-ci il tarixli 609 nömrəli Fərmanı) məcburi köçürülməli olan ümumilikdə 442.984,00 (dörd yüz qırx iki min doqquz yüz səksən dörd) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə 02.03.2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/000279 saylı, 06.02.2020-ci il tarixli raport daxil olmuşdur. Hazırkı işlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-824/2020 saylı, 13 avqust 2020-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs İXM-nin 483-cü maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanən törədilməsində təqsirlibilinib, inzibati xətanın obyekti olmuş 753.072,80 manat pul vəsaitinin 30 (otuz) faizi məbləğində, yəni 225.92184 manat məbləğində cərimə tutularaq X3 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-842/2020 saylı, 13 avqust 2020-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-16/2021 saylı 17.06.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 3(060)-842/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 23.07.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 05 avqust 2021-ci il tarixə təyin edilmiş, lakin sübutların təqdim olunması ilə bağlı işin baxılması 18 avqust 2021-ci il tarixə təxirə salınmışdır. 05 avqust 2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X6 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. 05 avqust 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan şəxs Şəxs izahatında inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirdi ki, Türkiyə Respublikasında qeydiyyatda olan “Aspar Metal Sanayi və Ticarət AŞ” şirkəti ilə bağlanmış 19.01.2018-ci il tarixli 01 saylı, 16.03.2018-ci il tarixli 03 saylı və Türkiyə Respublikasında qeydiyyatda olan “X5 Döküm San ve Tic.Ltd.Şti” şirkəti ilə bağlanmış 16.03.2018-ci il tarixli 04 saylı müqavilə əsasında ümumi dəyəri 1.472.800,00ABŞ dolları olan “Mis və Sink” əsasında ərintilər-Latun, küçələrdə “Alüminium küçələrdə” və “Emal olunmamış Alüminium ərintilərin-küçələri” yükləri 28.03.2018-ci il tarixindən 04.10.2018-ci il tarixədək olan dövr ərzində 9 ədəd gömrük bəyannaməsi əsasında Sumqayıt Baş Gömrük idarəsində rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etmiş ixrac olunmuş mal müqabilində köçürülməli olan xarici valyutanın müəyyən bir hissəsi xaricdən qaytarılmış, digər hissəsi isə qaytarılmamışdır. Həmin vəsaitin qaytarılmamasına səbəb malların ixrac olunduqları “Aspar Metal Sanayi və Ticarət AŞ” şirkəti və X5 Döküm San ve Tic.Ltd.Şti” şirkəti şirkətlərin həmin vəsaitləri ödəməməsidir. Konsiqnasiya yolu ilə ixrac etdiyi mallar müqabilində qaytarmadığı xarici valyuta vəsaiti gömrük xidmətinin elektron informasiya sistemində qeyd olunduğu kimi 442.984,00 ABŞ dolları deyil 337.102,00 ABŞ dolları təşkil edirki, bunun üçün müvəkkil banka müraciət etmiş və oradan müvafiq cavab gözləyir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində 01 may 2020-ci il tarixli, 00700-0187/19 saylı saylı inzibati xəta haqqında protokolla İXM-nin 483cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Şəxs tərəfindən 17.08.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə vəsatət daxil omuşdur. Qeyd olunan vəsatətdə, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 3(060)- 2398/2021 saylı iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən inzibati porotokol tərtib edilmiş qeyd olunan protokolda xətanın törədilməsindən 01 (bir) ildən artıq müddət keçdiyindən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 3(060)-2398/2021 saylı işə İXM-nin 38 və 53-cü maddələrinə əsasən xitam verilməsi xahiş olunmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi gömrük qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən bir ildən çox müddət keçmişdir. İXM-nin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 38.1, 53.1.6, 114.2.1, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 01 may 2020-ci il tarixli, 00700-0187/19 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2398/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2398/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver