Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2398/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 11 sentyabr 2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 11 sentyabr 2022-ci il tarixli TP ******* saylı qərarından X2 verdiyi şikayət daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayətdə və təqdim edlmiş məlumatlarda göstərilən inzibati xətanın hansı rayonun ərazisində törədilməsi dəqiq bilinmir. Həmçinin inzibati xətanı törədən şəxsin yaşayış yeri Şamaxı şəhəri, Bakı küçəsi, ev 67-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə hesab edir ki, X2 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərardan verilmiş şikayətdə və təqdim edlmiş məlumatlarda göstərilən inzibati xətanın hansı rayonun ərazisində törədilməsi dəqiq bilinmir, Sumqayıt şəhərində törədilməmişdir (qərarda Bakı Şamaxı yolunda törədilməsi göstərilir). İşə inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə və yaxud barəsində qərar çıxarılmış şəxsin əsaslandırılmış vəsatətinə əsasən onun yaşadığı yer üzrə məhkəmədə baxılmalıdır. İnzibati xəta Sumqayıt şəhərində törədilməsi barədə məlumat yoxdur, inzibati xətanı törədən şəxsin yaşayış yeri də Şamaxı rayonudur. Şikayətin niyə Sumqayıt Şəhər Məhkəməsinə verilməsi aydın deyildir, materiallardan da bunu aydınlaşdırmaq mümkün deyildir. Bütün bu hallar həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də belə olmuşdur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Odur ki, X2 özünün barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayət icraata qəbul edilə bilməz, geri qaytarılmalıdır. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq yenidən şikayətlə aiddiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 118ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 11 sentyabr 2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayəti icraata qəbul edilməsin, X3 geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, aidiyyat qaydalarına əməl etməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2398/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2398/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver