Məhkəmə qərarları › İş №3(060)-24/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-24/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-24/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 16.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X3 şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 16.12.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X3 eyni zamanda şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ötürülmüş müddətin üzürlü hesab edilərək şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3376/2021 saylı, 01.10.2021-ci il tarixli qərardadı ilə X2 inzibati tənbeh vermə haqqında TP ******* saylı, 16.12.2020-ci il tarixli qərarından verildiyi şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadı ilə mübahisələndirilən qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair X2 verdiyi vəsatət rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadından X3 tərəfindən şikayət verilməmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Buna görə də məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 16.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 16.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar