Məhkəmə qərarları › İş №3(060)-240/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-240/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-240/2021 15.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt şəhəri 5-ci PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələridə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs 15.01.2021-ci il tarixdə , saat 12:00 radələrində Sumqayıt şəhəri, Cerkassi küçəsində polis əmədakşarını söyməyi ilə bağlı nizam intizama dəvət olunan zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri 5-ci PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov məhkəmə iclasına çıxış edərək bildirdi ki, 15.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Cerkassi küçəsində xüsusi karantin rejimi ilə əlaqədar Sumqayıt ŞPİ İTŞ-nin 5-ci PB-nin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı Şəxs yolun qarşı tərəfində səkidə dayanaraq polisin fəaliyyətini telefon vasitəsi ilə video qeydiyyata alaraq ucadan polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Dərhal həmən şəxs nizam-intizama dəvət edilsədə o bundan nəticə çıxarmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində 15 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq əsəbi olduğunu və telefonun kamerası ilə çəkərək polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyünü və əməlindən səmimi peşman olduğunu ancaq polisin qanuni tələbinə tabe olduğunu bildirdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs polis əməkdaşlarının ünvanına söyüşlər söysədə polisin qanuni tələbinə tabe olmuşdur. Buna görə də qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 15 yanvar 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şəxs 15.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Cerkassi küçəsində karantin qaydasında əməl olunmasını yoxlayan polis əməkdaşlarını çəkmiş və videonu çəkən zaman polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə olunmuş 15.01.2021-ci il tarixli raportdan görünür ki, Şəxs 15.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Cerkassi küçəsində xüsusi karantin rejimi ilə əlaqədar Sumqayıt ŞPİ İTŞ-nin 5-ci PB-nin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı yolun qarşı tərəfində səkidə dayanaraq polisin fəaliyyətini telefon vasitəsi ilə video qeydiyyata alaraq ucadan polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Dərhal həmən şəxs nizam-intizama dəvət edilsədə o bundan nəticə çıxarmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarını araşıdıraraq, inzibati protokol tərtib etmiş şəxsi , inzibati xəta törətmiş şəxsi, müdaifəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, Şəxs əməli iş materialları ilə sübut olunur. Onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməsi ilə bağlı təqsirini boynuna almaması özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri növündə həbs tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 yanvar 2021-ci il tarixdən, saat 17:55dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil oğlunun göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar