Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-240/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, Zərərçəkmiş şəxslər X8, X6, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə, Ermənistan Respublikası, Stepanavan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də icraçı direktor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6519/2020 nömrəli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-8110/19 nömrəli, 19.01.23-cü il tarixli 2(001)-736/23 nömrəli və 19.01.24-cü il tarixli 2(001)-819/24 nömrəli icra sənədləri borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, bununla da borclu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X14 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8110/19 nömrəli icra vərəqəsinə əsasən 3670 manat borclu Şəxs tutularaq tələbkar X10, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6519/2020 nömrəli icra vərəqəsinə əsasən ödənilməmiş borca görə 36000 manat məbləğində pul vəsaiti və gecikdirməyə görə illik 5 faiz olmaqla 1775,33 manat borclu Şəxs tutulub tələbkar X9, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-736/23 nömrəli icra vərəqəsinə əsasən 24800 manat məbləğində pul vəsaiti və 226 manat dövlət rüsumu borclu Şəxs tutularaq tələbkar X16, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.01.24-cü il tarixli, 2(001)-819/24 nömrəli icra vərəqəsinə əsasən 13500 manat məbləğində pul vəsaiti və 131 manat dövlət rüsumu borclu Şəxs tutularaq X1na ödənilməlidir. Tərəflər iki icra sənədi üzrə - X12 Ramizoviç və X2 icra sənədləri üzrə razılığa gəlmişlər. X12 Ramizoviçlə borc məbləğinin hissə-hissə ödənilərək may ayında tam bağlanmasına, X7 ilə borc məbləğinin hissə-hissə ödənilərək borcun mart-aprel aylarında tam bağlanması barədə razılığa gəlmişlər. Bundan başqa, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8110/19 nömrəli icra sənədi üzrə borc məbləğinin təmin edilməsi məqsədilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəxs məxsus “Nissan NX” minik markalı, **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda avtomobil axtarışdadır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6519/2020 nömrəli icra sənədi üzrə borclu 5000 manat məbləğində ödəniş etməsi barədə votsap xidməti vasitəsilə ona qəbzlərin şəklini göndərmişdir. Borclu Apellyasiya Məhkəməsində iştirak etmədiyini, bu səbədən də həmin qəbzləri təqdim edə bilmədiyini bildirmişdir. Həmçinin, icra sənədləri Binəqədi rayon İcra şöbəsindən ərazi aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməzdən əvvəl borcun borclunun əmək haqqına yönəldilməsi barədə məcburi icra tədbiri görülmüş və borclunun işlədiyi "xxxx" MMC-yə əmək haqqına yönəltmə aparılmasına dair məktub göndərilmişdir. Məktub göndərilsə də, bank rekvizitləri barədə məlumat verilmədiyindən "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edilmiş və bir neçə icra sənədi olduğundan İcra İdarəsinin depozit hesabının rekvizitləri 2024-cü ilin dekabr ayında MMC-yə təqdim olunmuşdur. Buna baxmayaraq icra İdraəsinin depozit hesabında hazırda pul yoxdur. Borclu pulun köçürülməməsi ilə bağlı şifahi qaydada bildirmişdir ki, MMC-nin hesabında problem yaranmışdır. Göstərilən halları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, zərərçəkmiş şəxs Elşən Kazımova 60 000 manat borcu olmuş, həmin borcdan 24 000 manat ödəniş etmişdir. Digər zərərçəkmiş şəxs Mirzə Həmidovla danışıb razılıq əldə etmişlər ki, avtomobilin üzərinə həbs qoyulmuşdur, avtomobili satdıqdan sonra ona olan borcunu ödəyəcəkdir. Eyni zamanda Ədilə Xəlilova və Rauf Ramizoviçlə də razılıq əldə edilmişdir. Özü şirkətdə layihə rəhbəridir. Binəqədi rayon İcra şöbəsi tərəfindən onun aldığı əmək haqqının 50 faizinə borc yönəldilmişdir. Zərərçəkmiş şəxs X6 borcu ilə bağlı 2020-ci ilin may ayında 5000 manat məbləğində Xalq Bank vasitəsilə ödəniş etmişdir. Bundan başqa, onun mülkiyyətində torpaq sahəsi var. Həmin torpaq sahəsi bələdiyyə sənədi ilə olduğu üçün hazırda çıxarış alınması üçün müraciət etmişdir. Həmin torpaq sahəsini satıb may ayınadək bütün borclarını ödəyəcəkdir. O, İcra İdarəsinə gəlməkdən yayınmamış, Göyçay rayonunda olduğundan çağırışlardan məlumatı olmamışdır. Göstərilən halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Şəxs 6 ildir ki, ona borcludur. Onun hal hazırda 13500 manat borcu vardır. O, oktyabr ayında 320 manat ödəniş etmişdir. Borclu ilə hazırda razılığa gəlmişlər. Borclu ona pulu bu ilin mart-aprel ayına kimi tam şəkildə ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də hazırda ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizə də təqdim etmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 bildirmişdir ki, Şəxs hazırda ona 3676 manat borcu var. Barəsində icraat aparılan şəxs ona avtomobili satıb borcunu ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Eyni zamanda, qeyd etmişdir ki, avtomobilin axtarışda olması yalandır. Avtomobil Şəxsdır. Ona hazırda borcundan 500 manat məbləğində ödəniş edilməsi ilə razı deyil, borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Göstərilən halların nəzərə alınaraq Şəxs barəsində həbslə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən Şəxs ona olan 36000 manat məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilmişdir. Daha sonra həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən məhkəmə aktları qəbul edilmiş, ona olan 36000 manat məbləğində borcun və əlavə olaraq 1775 manat gecikdirməyə görə faizin tutulması qərar alınmışdır. Həmin qətnamə üzrə Şəxs tərəfindən heç bir ödəniş olunmamışdır. Bundan başqa o, barəsində inzibati icraat aparılan şəxsə 24000 manat məbləğində də borc vermiş, lakin heç bir dəlili olmadığından məhkəmədə sübut edə bilməmişdir. Hazırkı icra sənədi ilə əlaqədar ona 5000 manat ödənilməsi ilə bağlı bildirir ki, həmin məbləğ 24000 manat verdiyi borca görə 2019-cu ildə məhkəmədə iddia tələbinə baxılmazdan öncə ödənilmişdir. Ona məhkəmədən sonra heç bir ödəniş edilməmiş, təqdim edilən qəbzlərin saxta olmasını və ona 2020-ci ilin may ayında ödəniş edilmədiyini qeyd etmişdir. Hazırda ona heç bir ödəniş edilməsi ilə razı deyil, göstərilənləri nəzərə alaraq Şəxs barəsində həbslə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X11 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayımır. Hazırda o, borcundan müəyyən məbləğdə ödəniş etmək istəsə də, zərərçəkmiş şəxslər ödənişdən imtina etmişlər. Həmçinin, zərərçəkmiş şəxslər Xəlilova Ədilə və Ramizoviç Raufla razılığa gəlinmiş, digər zərəçəkmiş şəxs Həmidov Mirzənin borcuna görə Şəxs məxsus avtomobilin üzərinə həbs qoyulmuş, eyni zamanda icra sənədlərinin ödənilməsi üçün əmək haqqının əlli faizinə tutma yönəldilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən qısa müddət ərzində borclu şəxslərin yaranmış borcundan ödənişlər həyata keçirəcəyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2089212 nömrəli protokoldan görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6519/2020 nömrəli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-8110/19 nömrəli, 19.01.23-cü il tarixli 2(001 )-736/23 nömrəli və 19.01.24-cü il tarixli 2(001)-819/24 nömrəli icra sənədləri borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, bununla da borclu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8110/19 nömrəli icra vərəqəsinə əsasən 3676 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq tələbkar X10 ödənilməlidir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-8110/2019 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə də tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Şəxs göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-125/2022-ci il nömrəli qərardadı ilə Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-8110/2019 nömrəli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan “NİSSAN NX” minik markalı, **- SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6519/2020 nömrəli icra vərəqəsinə əsasən ödənilməmiş borca görə 36000 manat məbləğində pul vəsaiti və gecikdirməyə görə illik 5 faiz olmaqla, 1775,33 manat (min yeddi yüz yetmiş beş manat otuz üç qəpik) borclu Şəxs tutulub tələbkar X9 ödənilməlidir. Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6519/2020 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6519/2020 nömrəli icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə Şəxs X6 xeyrinə 36000 manat pul vəsaiti və gecikdirməyə görə 5 faiz olmaqla 1775,33 manat, cəmi 37775,33 manat məbləğin borclunun əmək haqqının 50 faizi miqdarına yönəldilməsi və həmin pulun Binəqədi rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi barədə məktub göndərilmişdir. "xxxx" MMC-nin baş direktoru Seyidov V.M. tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şəxs əmək haqqından sentyabr və oktyabr ayları üzrə hər ay üçün 600 manat olmaqla 1200 manat məbləğində pul vəsaiti müəssisənin hesabında saxlanılmış və icra şöbəsinin bank rekvizitləri barədə məlumatların göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.01.23-cü il tarixli 2(001)-736/23 nömrəli icra vərəqəsinə əsasən 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 226 (iki yüz iyirmi altı) manat dövlət rüsumu borclu Şəxs tutularaq tələbkar X16 ödənilməlidir. Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-736/2023 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə də tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Şəxs göndərilmişdir. Tələbkar X19 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə yazaraq xx.xx.2023-cü il tarixli 2(001)-736/2023 nömrəli icra sənədi üzrə Şəxs ilə hər ay 500 manat məbləğində pulun ödənilməsi və may ayında borcun tam bağlanmasına dair razılığa gəldiklərini və şikayətçi olmayacağını bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.01.24-cü il tarixli 2(001)-819/24 nömrəli icra vərəqəsinə əsasən 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti və 131 (yüz otuz bir) manat dövlət rüsumu borclu Şəxs tutularaq X1na ödənilməlidir. Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-819/2024 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə də tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Şəxs göndərilmişdir. X1 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə yazaraq xx.xx.2024-cü il tarixli 2(001)-819/2024 nömrəli icra sənədi üzrə Şəxs ilə hər ay 160 manat məbləğində kirayə pulunun ödənilməsi və mart-aprel aylarında borcun tam bağlanmasına dair razılığa gəldiklərini və şikayətçi olmayacağını bildirmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədləri üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildirişlər Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsində verdiyi izahatlarda ona vaxt veriləcəyi halda hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 303 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ərizə təqdim edərək barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs ilə ona olan borcun mart-aprel aylarında ödənilməsinə dair razılığa gəldiyini və ondan şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ******* və ******* nömrəli qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən ASC “Xalq” Bankın Sumqayıt filialı vasitəsilə X9 müvafiq olaraq 3510,50 manat və 1504,50 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədləri üzrə icraata başlama barədə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmiş, zərərçəkmiş şəxslər X7 və X13 borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlinmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8110/19 nömrəli icra vərəqəsi üzrə barəsində inzibati icraat aparılan şəxsə məxsus avtomobilin üzərinə həbs qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 6519/2020 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmək haqının əlli faizi məbləğinə tutma yönəldilmiş, bununla da borclu bu günədək icra sənədində göstərilən tələbi icra etməmiş, icra idarəsinə gəlməkdən yayınmış və axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Borclu həm icra idarəsində, həm də məhkəmə iclasında verdiyi izahatında borcun ödənilməsindən üzrsüz səbəbdən yayınmadığını, hissə-hissə ödəniş edəyəcəyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. 23. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirilməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız üzrsüz səbəbdən olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından da göründüyü kimi barəsində icraat aparılan şəxs icra sənədləri üzrə ödənişləri hazırda etmək imkanının olmaması, bir icra sənədi üzrə ona məxsus avtomobilə həbs qoyulması, torpaq sahəsini satıb borcunu qaytaracağı ilə əsaslandıraraq ödəməkdən imtina etmiş, özü zəruri hesab etdiyi məbləğdə qismən ödənişlər etmişdir. Məhkəmədə tədqiq edilən iş materialları, icra məmurunun təqdim etdiyi sübutlar, icra məmurunun, zərərçəkən şəxslərin və borclunun verdiyi izahatlarla müəyyən edilir ki, barəsində icraat aparılan şəxs icra sənədlərini icra etməməklə öz əməlində İXM-nin 528.1 maddəsini tərkibini yaratmışdır. İşin təsviri hissəsində qeyd edilmiş hallardan görünür ki, barəsində inzibati icraat aparılan şəxs icra sənədlərini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclunun İnzibat Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iki icra sənədi üzrə zərərçəkmiş şəxslər X7 və X13 razılığa gəlməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və eyni zamanda iki icra sənədi üzrə zərərçəkmiş şəxslə razılıq əldə edilməsini, digər icra sənədləri üzrə məcburi icra tədbirlərinin görülməsini, hazırda əmək haqqının 50 faizi məbləğinə tutma yönəldilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin Vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-240/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-240/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver