Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2400/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, Şəxs inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(060)-1168/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Lakin, iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs 13 mart 2023-cü il tarixli 2(060)-1168/2023 saylı qətnaməsinin icrasının təxirə salınması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və bununla bağlı məhkəmə prosesi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədinin verilməsinə əsas olmuş qətnamənin icrasının təxirə salınması ilə bağlı iş məhkəmənin icraatında olduğu üçün həmin müraciət üzrə ərizəyə məhkəmədə baxılana qədər Şəxs əməllərinin qərəzli olub-olmamasına qiymət verilməsi mümkün deyil. Belə ki, icra hərəkətlərinin davam etdirilib-etdirilməməsi məsələsi qeyd edilən ərizənin təmin edilib-edilməməsi məsələsi həll edildikdən sonra müəyyən ediləcək və yalnız bundan sonra şəxsin icra sənədini üzrsüz səbəbdən icra edib-etməməsi məsələsi araşdırılaraq müvafiq qiymət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2400/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2400/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver