Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2402/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, «X3 X4 Sanayi ve Dış Ticaret Limited» şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən «X3 X4 Sanayi ve Dış Ticaret Limited» şirkəti barəsində inzibati xəta haqqında 22.07.2021-ci il tarixli, 00700-0145/21 saylı protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X2 X4 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) 03.07.2020-ci il tarixli, 014 nömrəli müqaviləyə əsasən, dəyəri 14400 ABŞ dolları olan yükü Sumqayıt Baş Gömrük İdarəsində 02.09.2020-ci il tarixli **********5294 və **********5301 sorğu nömrəli gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 14400 ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə Sumqayıt Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/001562 saylı, 03.06.2021-ci il tarixli raport daxil olmuşdur. Faktla əlaqədar Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi, Təhqiqat bölməsində 00700- 0145/21 saylı material üzrə araşdırma başlanılmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qaydaların 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə müəyyən edilmişdir ki, ümumi dəyəri 14400 ABŞ dolları olan “heyvan mənşəli məhsullar-emal olunmamış gönlərin kəsik və parçaları” yükü «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 02.09.2020-ci il tarixli **********5294 və **********5301 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə Türkiyə Cumhuriyyətinə ixrac olunmuş və ixracdan əldə olunmuş 11750 ABŞ dolları mələğində xarici valyuta vəsaiti geri qaytarılmamışdır. Araşdırma ilə əlaqədar 02.09.2020-ci il tarixdə konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş 11750 ABŞ dolların Azərbaycan manatına nisbətini müəyyən emək üçün Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilmişdir. Mərkəzi Bankın valyuta məzənnəsinə əsasən 02.09.2020-ci il tarixində ABŞ dollarının Azərbaycan manatına nisbətinin 17000 manat olduğu və hesablama aparılaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 19975 (on doqquz min doqquz yüz yetmiş beş) manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan «X2 X4 Sanayi ve Dış Ticaret Limited» şirkəti konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 19975 (on doqquz min doqquz yüz yetmiş beş) manat valyuta vəsaiti geri qaytarmamışdır və nəticədə, »X2 X4 Sanayi ve Dış Ticaret Limited» şirkəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. «X2 X4 Sanayi ve Dış Ticaret Limited» şirkəti İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X2 X4 Sanayi ve Dış Ticaret Limited» şirkəti barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 19975 (on doqquz min doqquz yüz yetmiş beş) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan «X2 X4 Sanayi ve Dış Ticaret Limited» şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 19975 (on doqquz min doqquz yüz yetmiş beş) manat pul vəsaitinin 30 (otuz) faizi məbləğində yəni, 5992,5 (beş min doqquz yüz doxsan iki manat 50 qəpik) manat (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2402/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2402/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver