Məhkəmə qərarları › İş №3(060)-2405/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2405/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2405/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 26 iyul 2021-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, vətəndaş Şəxs polisin qanuni tələblərini pozaraq müqavimət göstərmişdir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolun inzibati xətanın mahiyyətinə aid hissəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbinə uyğun, düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan protokoldan müəyyən olunur ki, protokolda hadisənin baş verdiyi saat, yer və tarix göstərilməmiş, həmçinin inzibati xətanın nədən ibarət olması da qeyd edilməmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər onu tərtib etmiş orqana- Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinə geri qaytarılsın. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar