Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2409/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələri X1 və X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 27 sentyabr 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 240.000,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 13 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 240.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, “Socar Polymer" MMC-nin Belçikanın "X7 NV" şirkəti ilə bağladığı SPA-EVNK-066-2021 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq 200 ton və dəyəri 240000 ABŞ dolları olan izobutan qazının satın alınması məqsədi ilə ********** nömrəli xx.xx.2021-ci il tarixli alış sifarişi bağlanmışdır. Bununla əlaqədar "xxxx" MMC "xxxx" ASC vasitəsilə xx.xx.2021-ci il tarixində 200 ton izobutan qazının satın alınması məqsədi ilə Evonik şirkətinə 240000 ABŞ dolları köçürmüşdür. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Evonik şirkəti tərəfindən "xxxx" MMC-yə 198480 kq və dəyəri 238176 ABŞ dolları olan izobutan qazı göndərilmişdir və müvafiq qaydada 10 ədəd idxal gömrük bəyannaməsi tərtib edilmişdir. Həmçinin artıq ödənilmiş 1824 ABŞ dolları Evonik şirkəti tərəfindən xx.xx.2021ci il tarixdə "xxxx" MMC-nin bank hesabına geri ödənilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən daxil olan bildirişə əsasən məlum olmuşdur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində tərtib olunmuş 8 ədəd gömrük bəyannaməsində (**********9071, **********9280, **********7761, **********7819, **********7936, **********7985, **********8086, **********8159) alqı-satqı müqaviləsinin nömrəsi SPA-EVNK-066-2021 əvəzinə SPA-EVNK-142-2020 kimi qeyd olunmuşdur. Bununla bağlı "xxxx" MMC tərəfindən Sumqayıt Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli MK-400-507 saylı məktubla həmin idxal gömrük bəyannamələrinə düzəliş üçün müraciət ünvanlandırılmışdır. Həmin müraciətə uyğun olaraq 8 ədəd idxal gömrük bəyannaməsində düzəlişlər icra olunaraq müqavilə nömrəsi SPA-EVNK-066-2021 kimi qeyd olunmuşdur. Həmin sənədləri hazırda məhkəməyə təqdim edir. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X6 da eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - 27 sentyabr 2023-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 240.000,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 13 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 240.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 14 sentyabr 2021-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 86 ünvanında baş vermişdir. - xx.xx.2021-ci il tarixli alış sifarişindən görünür ki, "xxxx" MMC 240000 ABŞ dolları məbləğində vəsait hesabına izobutan qazını X5 şirkətindən idxal etmək üçün sifariş vermişdir. - "xxxx" MMC tərəfindən Sumqayıt Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli MK-400- 507 saylı məktubdan görünür ki, SPA-EVNK-066-2021 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə gömrük bəyannamələrində müqavilə nömrəsinə səhv istinad edilməsi bildirilmiş və həmin yanlışlıqların düzəldilməsi xahiş edilmişdir. - düzəliş edilməmiş gömrük bəyannamələrindən görünür ki, həmin bəyannamələrdə alqı-satqı müqavilənin nömrəsi SPA-EVNK-142-2020 olaraq qeyd edilmişdir. - 2 ədəd xx.xx.2021-ci il tarixli, 6 ədəd xx.xx.2021-ci il tarixli və 2 ədəd xx.xx.2021-ci il tarixli gömük bəyannaəmələrindən görünür ki, həmin dövr ərzində SPA-EVNK-066-2021 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq Evonik şirkəti tərəfindən "xxxx" MMCyə dəyəri 238.176 ABŞ dolları olan izobutan qazı göndərilmişdir. - bank sistemindən çıxarışdan görünür ki, Evonik şirkəti tərəfindən mallar ölkəyə ixrac edildikdən sonra "xxxx" MMC tərəfindən artıq olaraq ödənilmiş 1824 manat "xxxx" MMC-nin bank hesabına geri ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 sentyabr 2023-cü il tarixli, ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" ASC tərəfindən təqdim edilən sənədlərə əsasən, Şəxs MMC 240000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 240000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin, məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, SPA-EVNK-066-2021 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Evonik şirkəti tərəfindən "xxxx" MMC-yə dəyəri 238.176 ABŞ dolları olan izobutan qazı göndərilmişdir və müvafiq qaydada 10 ədəd idxal gömrük bəyannaməsi tərtib edilmişdir. Həmçinin artıq ödənilmiş 1824 ABŞ dolları Evonik şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMCnin bank hesabına geri ödənilmişdir. Anaşılmazlıq yaranmasına və hazırki iş üzrə protokol tərtib edilməsinə səbəb isə gömrük bəyannamələrində müqavilə nömrəsinin səhvən “SPA- EVNK-066-2021” əvəzinə “SPA-EVNK-066-2020” göstərilməsi olmuşdur. Həmin yanlışlıqlar isə "xxxx" MMC-nin Sumqayıt Gömrük İdarəsinə müraciəti əsasında düzəldilmiş və yanlışlıqları aradan qaldırılmış şəkildə gömrük bəyannamələri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, iş materialları ilə təsdiq edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin 240.000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 13 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra, xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 238.176 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmiş, 1824 ABŞ dolları isə xx.xx.2021-ci il tarixdə MMC-nin bank hesabına geri ödənilmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4 53.1.1, və 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2409/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2409/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver