Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2411/2024 11.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarı qəbul etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X3 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ X8 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Qiyas Tağıyev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Qiyas Tağıyev şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 18:05 radələrində idarə etmək üçün hər hansı səlahiyyəti olmadığı, Lizinq şirkətinə məxsus olan və yol vərəqiq əsasında dostuna verilmiş “Şhevrolet Lacetti minik” markalı, 77PZ089 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi ilə Koroğlu küçəsi istiqamətinə hərəkətdə olmuşdur. Həmin vaxt 9-cu mikrorayon ərazisində yolun kənarında bir avtomobil dayanmışdır. Yol asfalt örtüklü, quru, hava isə işıqlı olmuşdur. Məqsədi yolun kənarında dayanmış avtomobili ötəndən sonra yolun sağına keçib saxlamaq olmuşdur. O, sağa dönərkən işıq siqnalını yandırmış və manevr etməyə hazırlaşan zaman arxadan sağ zolaqla hərəkət edən, yolun sağında dayanmış avtomobildən yayınmaq üçün sol zolağa çıxan “Kia Seol” markalı, **-BY-*** nömrə nişanlı avtomobil iki avtomobilin arasına onun idarə etdiyi avtomobilini vurmuşdur. Hadisə o, yolun sağında dayanan avtomobilin tam bərabərliyində olan zaman baş vermişdir. Hadisə DYPnin əməkdaşları tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq guya onun manevr etmə qaydasını pozub soldan sağa çıxaraq sağ zolaqla hərəkət edən nəqliyyat vasitəsinin yoluna çıxdığı müəyyən edilmişdir. Bundan sonra xx.xx.2024-cü ildə barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, həmin qərar əsassız və qanunsuzdur. Hadisə yerinin video görüntülərindən də görünür ki, yolun hərəkət hissəsinin bir istiqamətində iki nəqliyyat vasitəsi ancaq yerləşir, ”Kia Seol” markalı avtomobil belə demək olar ki, özünü iki nəqliyyat vasitəsinin arasına soxmuşdur. Bildirir ki, “Kia Seol” markalı avtomobil “X6” AR Qanununun 42-ci maddəsinin tələbini, yəni manevr etmə qaydasının pozduğu üçün onun əməlində İXM-nin 327.1-ci maddəsinin tərkibi olmuşdur. DYP əməkdaşları təmamilə əks qərar qəbul etmişlər. Yuxarıda göstərilənlərə əsasən belə hesab edir ki, ona qarşı ədalətsiz və əsassız qərar qəbul edilmişdir. Odur ki, qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən Qiyas Tağıyev hadisədən sonra digər tərəfə avtomobilin təmiri üçün ona 150 manat köməklik edə biləcəyini bildəcəyini bildirsə də həmin şəxs razı olmamışdır. Bildirir ki, avtomobil ona məxsus olmamış, icbari sığortası olmamış, dostunun xahişi ilə idarə etmişdir. Halbuki, dostuna həmin avtomobil aylıq verilən yol vərəqəsi əsasında Lizinq şirkəti tərəfindən verilmişdir. Məhkəmə iclasında qərarı qəbul etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı Niyaməddin Həsənov göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 18:05 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi ilə Koroğlu küçəsi istiqamətində hərəkətdə olan “Şhevrolet Lacetti minik” markalı, 77PZ089 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Seol” markalı, **-BY-*** nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisəni qəbul etdikdən sonra Qiyas Tağıyevin izahatı alınmış və təqsirin onda olduğu bildirilmişdir. Daha sonra Qiyas Tağıyevlə birlikdə digər avtomobilin sürücüsü Təranə Quliyeva də dəvət olunaraq izahatı alınmış, yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş və tərəflər sxemə imza etmişlər. Qiyas Tağıyev “X6” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, Qiyas Tağıyev sağ tərəfə hərəkət edən zaman sağ tərəfdən gələn avtomobilin keçməsini gözləyib hərəkətini davam etdirməli olsa da, bunu etməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin toqquşma nöqtəsi də onu göstərir ki, sağ tərəfdən gələn avtomobilə yol verilməmişdir. Buna görə də, sürücü Qiyas Tağıyev barəsində manevr qaydasının pozulması barədə protokol tərtib olunmuş, həmin protokol əsasında qərar qəbul olunaraq Qiyas Tağıyev İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Qiyas Tağıyev İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Şhevrolet Lacetti minik” markalı, 77PZ089 dövlət qeydiyyat nişanlı avtomobil “Kia Seol” markalı, **-BY-*** nömrə nişanlı avtomobilə yol verməyərək onun qarşısına çıxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 327.1-cü maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X6” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “X6” Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 6-cı bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin maddənin 8-ci bəndinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Məhkəmə Qiyas Tağıyevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Qiyas Tağıyevin məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda izahatı məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş baş vermiş yol nəqliyyat hadisəsinin əks etdirən diskə baxış zamanı da görünür ki, “Şhevrolet Lacetti minik” markalı, 77PZ089 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qiyas Tağıyev “Kia Seol” markalı, **-BY-*** nömrə nişanlı avtomobilə yol verməyərək onun qarşısına çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbəbdən Qiyas Tağıyevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsidə qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X3 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2411/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2411/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver