Məhkəmə qərarları › İş №3(060)-2419/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2419/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2419/2023 04.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ X12 Şöbəsinin axtarış üzrə baş inspektoru, polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1981-ci ildə, Abşeron ray., Ceyranbatan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən "xxxx" MMC-nin avtomobil keçid məntəqəsində yerləşən şlaqbauma dəyməsi nəticəsində MMC-ə maddi ziyan dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 axtarış üzrə baş inspektoru, polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən "xxxx" MMCnin ərazisinə daxil olmaq üçün keçid məntəqəsində yerləşən şlaqbauma dəyərək əzmişdir. Bu barədə MMC tərəfindən DİN-nin 102 qaynar xəttinə şikayət edilmiş, həmin şikayət əsasında tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı həmçinin "xxxx" MMC-nin təhlükəsizlk kamerasında qeydə alınmış görüntülərdən də müəyyən edilmişdir ki, hadisənin “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən törədildiyi məlum edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:10da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsində Şəxs alkoqol sərxoşluğu vəziyətində olması faktı aşkar edilmişdir. "xxxx" MMC-ə dəymiş ziyanın məbləğin müəyyən edilməsi ilə bağlı müraciət etmiş, MMC tərəfindən şlaqbaunu həmin yerə quraşdırmış şirkət tərəfindən hadisə yerinə baxış keçirilmədiyi bu səbəbdən məhz hansı məbləğdə ziyanın dəydiyinin müəyyən edilmədiyi bildirilmişdir. Lakin müəssisəyə hadisə nəticəsində həqiqətən də ziyanın dəyidiyi təsdiqlənmiş və bu barədə müvafiq məktub təqdim edilmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. "xxxx" MMC yaşadığı mənzilin yaxınlığında yerləşir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı mənzildə spirtli içki qəbul etdikdən sonra yaşadığı mənzilin qarşısında dayanmış qardaşına məxsus “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Avtomobili geri istiqamətdə hərəkət etdirmək istəyən zaman spirtli içkinin təsirində olduğundan mexaniki sürət qutusunu yalnış idarə edərək avtomobili önə doğru idarə etmiş, nəticədə "xxxx" MMC-nin avtomobil keçid məntəqəsində yerləşən aliminium materialdan olan şlaqbauna dəyərək onu əzmişdir. Əməlindən peşmandır, təqsirini etiraf edir, inzibati xətanın törədilməsində təqsirli bilinəcəyi təqdirdə cəriməni ödəyə bilməcəyini bu səbəbdən həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şəxs izahatından görünür ki, sonuncu ilkin izahatı zamanı spirtli içkinin təsiri altında yol nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. AC 246470 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC sürücülük kateqoriyası var və xx.xx.2029-cü il tarixədək etibarlıdır. 718861 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli “yol nəqliyyat hadisəsinin sxemindən” görünü ki, hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş vermiş, hadisəni “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil törətmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin mühafizə rəisi X4 ilkin izahatından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə səhər saatlarında xidmətdə olan zaman “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-nin giriş qapısında olan şlaqbaumu əzərək içəri daxil olduğunu görmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/5039 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:10-da müayinə olunmuş və alkoqol sərxoşluğu vəziyətində olması faktı aşkar edilmişdir. Alkoqol sərxoşluğu dərəcəsi 2.157 promil olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin direktoru D.Hüseynov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 402 nömrəli “Arayış”dan görünür ki, xx.xx.2023-cü il tarixdə “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü "xxxx" MMC klinikasına məxsus şlaqbaumu vurması nəticəsində "xxxx" MMC-ə maddi zərər dəymişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən hadisənin görüntülərini özündə əks etdirən diskə baxış zamanı Şəxs “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili önə doğru idarə edərək "xxxx" MMC-nin ərazisinə girişdə quraşdırılmış şlaqbaumun açılmasını gözləmədən onu əzərək hərəkət etdiyi, daha sonra geriyə doğru hərəkət etdiyi bu dəfə isə şlaqbauma çatdıqda dayandığı müəyyən edilir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Orucov X6 göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmiş və baş vermiş hadisə nəticəsində zərər çəkmiş hüquqi şəxsə maddi zərər vurulmuşdur. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə və xəta nəticəsində zərər çəkmiş hüquqi şəxsə maddi zərər vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 2.157 % olduğundan, hadisə nəticəsində zərər çəkmiş hüquqi şəxsə maddi zərər vurulduğundan o, AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. AR İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasının məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ X12 Şöbəsinin axtarış üzrə baş inspektoru, polis mayoru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin X5 xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə görə bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2.-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar