Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2419/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, xx.xx.1951-ci ildə İsmayıllı rayonu, Sərdəhar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində “X12 Prado Mİ” markalı, **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində hərəkətdə olan zaman baş vermiş yolnəqliyyat hadisəsi zamanı X1 yüngül bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla X5 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və X11 Prado markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixdə saat 19:40 radələrində sürücü Şəxs idarə etdiyi X11 Prado markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətində saatda 30-40 km. sürətlə hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol hərəkətinin digər iştirakçıların hərəkətinə təhlükə yaradaraq daim dəyişən yol şəraitinə və avtomobilin səlis idarə olunmasına diqqət yetirmədən, hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək hərəkətinə davam etməklə qarşısında dayanmış sürücü X3 idarə etdiyi Toyota Rav-4 markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra zərbənin təsirindən sonuncu avtomobilin qarşısında dayanmış X6 idarə etdiyi Toyota Prado markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sürücü Z.Sanıyevanın qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyyəsinin hematoması, sağ dizin, sol saidin qançırları ilə müşahidə olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən, öz avtomobilində sərnişin qismində olmuş həyat yoldaşı X2 bazu sümüyünün yuxarı 1/3-nin sınığı ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər alması ilə və maddi ziyanlarla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından görünür ki, keçirilmiş məhəkəmə tibbi ekspertizanın 1433 saylı ekspert rəyinə əsasən Z.Sanıyevanın bədən səthində aşkar aşkar edilmiş-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyyəsinin hematoması, sağ dizin, sol saidin qançırları xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2419/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2419/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver