Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2423/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqında icraat aparılan hüquqi şəxs “HAZAR-İNŞAAT- TİKİNTİ“ MMC-nin nümayəndəsi X1 iştirakları ilə, “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC barəsində 14.07.2021-ci il tarixli, 00700-0140/21 saylı protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, məhəllə 14, ev 112C, mənzil 109 ərazisində qeydiyyatda olan “HAZAR- İNŞAAT-TİKİNTİ“ MMC 07.06.2021-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********0467 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Türkiyə Cumhuriyyətinin “X4 X5. Ve Tic. LTD.ŞTİ” şirkəti tərəfindən 06.06.2021-ci il tarixdə 34BVF516 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş ümumi gömrük dəyəri 8270.50 manat olan “Parnik üçün kölgələmə tülü” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 06.06.2021-ci il tarixdə saat 22:07-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq qısa idxal bəyannaməsi təqdim etməli olduğu halda yükü daşıyan 34BVF516 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ölkə ərazisinə daxil olması barədə, nəqliyyat vasitəsi ölkəyə daxil olandan sonra məlumat vermişdir. Belə ki, SBGİ-nin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/001613 nömrəli 09.06.2021-ci il tarixli raportda Şəxs MMC şirkətinin ünvanına gələn 34BVF516 nömrəli nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsinin verilmədiyi qeyd edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 07.06.2021-ci il tarixli **********0467 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 34BVF516 nömrəli nəqliyyat vasitəsi ilə 06.06.2021-ci il tarixdə müvafiq olaraq saat 22:07-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin yükü daşıyan 34BVF516 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ölkə ərazisinə daxil olması barədə, nəqliyyat vasitəsi ölkəyə daxil olandan sonra məlumat vermişdir. İş üzrə Sumqayıt şəhər Baş Gömrük İdarəsinin 14.07.2021-ci il tarixli, 00700- 0140/21 saylı protokoldan görünür ki, “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC 07.06.2021-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********0467 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Türkiyə Cumhuriyyətinin “X4 X5. Ve Tic. LTD.ŞTİ” şirkəti tərəfindən 06.06.2021-ci il tarixdə 34BVF516 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş ümumi gömrük dəyəri 8270.50 manat olan “Parnik üçün kölgələmə tülü” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 06.06.2021-ci il tarixdə saat 22:07-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq qısa idxal bəyannaməsi təqdim etməli olduğu halda yükü daşıyan 34BVF516 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ölkə ərazisinə daxil olması barədə, nəqliyyat vasitəsi ölkəyə daxil olandan sonra məlumat vermişdir. Nəticədə “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Barəsində inzibati xəta haqında icraat aparılan hüquqi şəxs “HAZAR-İNŞAAT- TİKİNTİ“ MMC-nin nümayəndəsi X1 “parnik üçün kölgələmə tülü” yükünün 07.06.2021-ci il tarixdə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşməsi və qısa idxal bəyannnaməsinin təqdim olunması ilə bağlı qabaqcadan məlumat verdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “HAZAR-İNŞAAT-TİKİNTİ“ MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə tutularaq X2 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************. SWİFTBİK: CTREAZ22, Alan: Sumqayıt Baş Gömrük İdarəsi – Hesab: AZ13CTRE********************. VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu: 142533, D4 qrafası Büdcə səviyyəsinin kodu: 7 hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2423/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2423/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver