Məhkəmə qərarları › İş №3(060)-2425/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2425/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2425/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində sürücü Şəxs idarə etdiyi Kia Sorento markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ehtiyatsızlıqdan vətəndaş X1 ayağının üzərindən avtomaşının təkəri ilə keçərək yüngül bədən xəsarəti yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək göstərdi ki, Kia Sorento markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı olan X2 etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə onunla 42-ci məhəllə ərazisində görüşüb Bakı küçəsində yerləşən MİS-nə gəlmişlər. Həmin vaxt avtomobili özü idarə etmişdir. Təxminən saat 15:30 radələrində MİS-də işlərini yekunlaşdırdıqdan sonra o avtomobili geriyə doğru hərəkət etdirən zaman avtomobilin arxa təkəri ilə ehtiyatsızlıqdan avtomobildən bir qədər geridə olan bir nəfər şəxsin ayağının üzərindən keçmiş, bu zaman o dərhal avtomobildən enərək həmin şəxsə yaxınlaşaraq onun vəziyyəti ilə maraqlanmış, həmin vaxt həmçinin oraya polis əməkdaşları gəlmiş, daha sonra həmin şəxsi təcili olaraq müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na çaldırmışdırlar. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə zamanı özü və Günel hər hansı xəsarət almamış, hadisə ani diqqətsizlik və ehtiyatsızlığı səbəbindən baş vermişdir. Həmçinin o avtomobili idarə etmək üçün sürücülük hüququ olmadığını qeyd etmişdir. Şəxs əməli, barəsində tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuş və yoxlama zamanı Şəxs sürücülük hüququ olmaqdan avtomaşını idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar